Icma.az
close
up
RU
“Xərçəngin qatili“: Tərəvəzlərdə gizlənən möcüzə maddə“ Elmi tədqiqat

“Xərçəngin qatili“: Tərəvəzlərdə gizlənən möcüzə maddə“ Elmi tədqiqat

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çikaqo alimləri göz sağlamlığı üçün tanınan zeksantinin xərçəngəleyhinə güclü təsirini üzə çıxarıb..."

Dünyada hər il milyonlarla insanı həyatından məhrum edən xərçənglə mübarizə illərdir davam edir. Elm isə bu mübarizədə yeni ümidlər axtarır. Çikaqo Universitetinin alimlərinin apardığı son araşdırma isə sübut edib ki, təbiətin özündə - gündəlik yeyilən tərəvəzlərdə gizlənən bir maddə xərçəngə qarşı güclü silah rolunu oynaya bilər.

Moderator.az xəbər verir ki, bu barədə "health.mail.ru" nəşri yazıb.

Söhbət zeksantin adlı sarı piqmentdən gedir. Uzun illər yalnız göz sağlamlığı üçün faydalı hesab olunan bu karotinoid indi xərçəng hüceyrələrini məhv etməyə qadir "immun silahlandırıcı" kimi tanınır.

İmmunitetin "xüsusi qüvvələri" və zeksantin

Araşdırma nəticəsində məlum olub ki, zeksantin CD8+ T-limfositləri - başqa adla "T-killer" hüceyrələrini gücləndirir. Bu hüceyrələr immun sistemin ən güclü əsgərləridir. Onlar bədxassəli hüceyrələri yad düşmən kimi tanıyır, izləyir və məhv edirlər. Zeksantin isə bu prosesi daha da sürətləndirir, T-limfositlərin reseptorlarını sabitləşdirir və onların siqnal ötürmə qabiliyyətini artırır. Nəticədə sitokinlərin ifrazı çoxalır, hüceyrələr daha aqressiv şəkildə şişə hücum edir.

Professor Cin Çenin sözlərinə görə, "biz illərdir belə bir təsir mexanizmi axtarırdıq. Zeksantinin bu gücü göstərməsi elm üçün gözlənilməz bir kəşf oldu. Sadə bir qida komponentinin müasir immunoterapiyaya bu qədər dəstək verməsi inanılmazdır".

Laboratoriyadan klinikaya gedən yol

Təcrübələr siçanlar üzərində aparılıb. Zeksantin melanoma, çoxsaylı miyeloma və qlioblastoma kimi ən ağır xərçəng növlərində T-hüceyrələrinin fəaliyyətini artırıb. Daha da önəmlisi, CAR-T hüceyrə terapiyası ilə birlikdə tətbiq ediləndə nəticələr qat-qat yaxşılaşıb. Alimlər qeyd edir ki, siçan və insan immun sistemində bu mexanizmlər eyni cür işləyir. Bu səbəbdən, yaxın illərdə klinik sınaqların başlanacağı gözlənilir. Əslində uzun illərdir aparılan epidemioloji tədqiqatlar göstərir ki, tərəvəzlə zəngin pəhriz xərçəng riskini azaldır. İndi isə bunun arxasında duran əsas oyunçulardan birinin məhz zeksantin olduğu üzə çıxır.

Təbiətin gizli apteki: hansı qidalar "xərçəng qatili"dir?

Zeksantin sarı, qırmızı və narıncı rəngli tərəvəz və meyvələrdə boldur: qırmızı, sarı və narıncı bibər, qarğıdalı və qarğıdalı unu, manqo və digər tropik meyvələr, yaşıl
soğan, müxtəlif kələm növləri, ispanaq, rukkola və digər yarpaqlı tərəvəzlər. Alimlərin tövsiyəsi sadədir: bu qidaları gündəlik rasiona daxil etmək, bədəni təbii yolla qorumaq və gələcəkdə daha güclü immunoterapiyaya hazır saxlamaq.

Yeni elmin doğuluşu: nutrisional immunologiya

Zeksantin kəşfi yalnız onkologiyada yeni ümid deyil, həm də yeni elmi sahənin - nutrisional immunologiyanın qapısını açır. Bu istiqamət qida maddələrinin immun sistemlə molekulyar səviyyədə necə qarşılıqlı əlaqədə olduğunu öyrənir. Hədəf isə sadədir: təbiətdə gizlənən faydalı molekulları tapmaq və müasir tibbi metodlarla birləşdirərək daha güclü, əlçatan və təhlükəsiz müalicə yaratmaq. Professor Çen bunu belə izah edir: "Əgər biz hər gün masamızda olan tərəvəzin içində xərçəngin qarşısını alan güclü maddə tapırıqsa, deməli, təbiət bizə hələ çox sirr saxlayır. Bizim işimiz onları üzə çıxarmaqdır".

Gələcəyin perspektivi

Hələlik zeksantin əlavəsi apteklərdə "xərçəng dərmanı" kimi satılmır. Amma alimlərin fikrincə, yaxın gələcəkdə bu maddə həm müalicə, həm də profilaktika məqsədilə geniş tətbiq oluna bilər. İmmunoterapiya ilə birlikdə istifadə edildikdə daha effektiv, daha az zərərli və daha əlçatan bir müalicə forması yaranacaq. Elm bir daha sübut edir ki, ən böyük dərman bəzən süfrəmizdəki sadə tərəvəzlərin içində gizlənir. Və ola bilsin ki, gələcəkdə xərçənglə mübarizənin açarı elə gündəlik qidalanmamızda tapılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Sentyabr 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see162

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see157

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see147

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see129

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri