Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Keçmişdə ev xanımlarının bir boxçası olardı, orda müxtəlif meyvə, yarpaq, kök qurularından ibarət bir ev apteki olardı, indi belə apteklər rayonlarımızda, kəndlərimizdə hələ də var.
Bu cür müalicənin heç bir ziyanlı tərəfi olmur və olduqca ucuz qiymətə başa gəlir.
Boxçanızı zənginləşdirmək üçün bir neçə faydalı reseptlər təklif edirik: Alma ilə resept Alma yeyən zaman qabıqlarını atmayın, ən keyfiyyətli sirkə alma qabığından alınandır.
Almanı yeyən zaman tumu ilə birlikdə yeyin, alma tumu yodla və xərçəng əleyhinə təsir göstərən maddələrlə zəngindir.
Şaftalı ilə resept Şaftalı yarpağı görən zaman toplayıb kölgədə qurudun, bunu bərabər miqdarda gavalı yarpağı qurusu ilə qarışdırıb, dəmləyib yeməkdən əvvəl içə bilərsiniz, öd durğunluğunda faydalıdır.
Gilas ilə resept Cır vişnə (buna gilənar də deyirlər) ağacını görəndə ağacın uc hissəsindəki zoğlarından yığıb qurudun, qışda soyuqdəymə əleyhinə ən təsirli və tərlədici vasitədir.
Gilasdan mürəbbə bişirən zaman saplaqlarını atmayın, gilas saplağı yaxşı sidikqovucu kimi həm böyrəkləri və sidik yollarını iltihabdan təmizləyir, həm də insanı arıqladır, bunun üçün saplaqları sadəcə dəmləyib içmək lazımdır.