Icma.az
close
up
RU
Xərci olmayan faydalı reseptlər

Xərci olmayan faydalı reseptlər

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Keçmişdə ev xanımlarının bir boxçası olardı, orda müxtəlif meyvə, yarpaq, kök qurularından ibarət bir ev apteki olardı, indi belə apteklər rayonlarımızda, kəndlərimizdə hələ də var. Bu cür müalicənin heç bir ziyanlı tərəfi olmur və olduqca ucuz qiymətə başa gəlir. Boxçanızı zənginləşdirmək üçün bir neçə faydalı reseptlər təklif edirik:

Alma ilə resept

Alma yeyən zaman qabıqlarını atmayın, ən keyfiyyətli sirkə alma qabığından alınandır. Almanı yeyən zaman tumu ilə birlikdə yeyin, alma tumu yodla və xərçəng əleyhinə təsir göstərən maddələrlə zəngindir.

Şaftalı ilə resept

Şaftalı yarpağı görən zaman toplayıb kölgədə qurudun, bunu bərabər miqdarda gavalı yarpağı qurusu ilə qarışdırıb, dəmləyib yeməkdən əvvəl içə bilərsiniz, öd durğunluğunda faydalıdır.

Gilas ilə resept

Cır vişnə (buna gilənar də deyirlər) ağacını görəndə ağacın uc hissəsindəki zoğlarından yığıb qurudun, qışda soyuqdəymə əleyhinə ən təsirli və tərlədici vasitədir. Gilasdan mürəbbə bişirən zaman saplaqlarını atmayın, gilas saplağı yaxşı sidikqovucu kimi həm böyrəkləri və sidik yollarını iltihabdan təmizləyir, həm də insanı arıqladır, bunun üçün saplaqları sadəcə dəmləyib içmək lazımdır. Xatırladım ki, cır gilasın tumlarını yığıb əzib toz formasına salın, şəkər xəstələri (2 ci tip şəkər) gündə 3 dəfəyarım çay qaşığı bu tozdan ağıza atıb üstdən 1 stəkan su içməlidirlər, çox əla bir şəkər salıcıdır. Xərçəng xəstələri isə antioksidant mənbəyi olaraq yuxarıda yazdığım formada qəbul edə bilərlər.

Heyva ilə resept

Heyva yarpağı dəmləməsi də soyuqdəymələrdə və öskürəkdə faydalıdır, heyva yarpağının dəmləməsi uşaqlıq kistalarının əridilməsi üçün də çox faydalıdır beləki qurudulmuş heyva yarpaqları doğranılır, 2 xörək qaşığı 3 stəkan suda dəmlənilir, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir, müalicə müddəti 1 ay, müalicəni davam etdirmək istəsəniz 15 gün fasilə verib yenə davam edə bilərsiniz.  bunun üçün heyvanın tumlarından da istifadə edə bilərsiniz, belə ki, heyva yeyən zaman tumlar çıxarılıb qurudulur və südlə dəmlənib içilir. Yarım çay qaşığı heyva tumunu bir stəkan soyuq suya atın, bir gün gözləyin, mədə yarası, qastrit və öskürəklərdə yeməkdən əvvəl için.

Söyüd yarpağı ilə resept

Söyüd yarpağı qurusu revmatizm zamanı dəmləmə formasında içilir. Söyüd yarpaqlarının dəmləməsi qanı duruldur, iltihab əleyhinə təsiri vardır, revmatizmlərdə qurudulmuş yarpaqlarından və ya cavan budaqların qurudulmuş qabıqlarından 2 orta xörək qaşığı götürüb 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 stəkan içmək lazımdır.

Çiyələk mürəbbəsi bişirəndə saplaqları atmayın, kölgədə qurudun, qaraciyər xəstəliklərində və öd mənşəli köpmələrdə dəmləyib için.

Şabalıd ilə resept

Şabalıd meyvəsi qabıqlarının dəmləməsi böyrək daşlarını tökür və prostatit əleyhinə təsir edir. Çox güclü bir qandurulducudur.  Bunun üçün 2 xörək qaşığı kiçik-kiçik doğranılmış qabıqlarından  3 stəkan suda dəmlənib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilməlidir.

Qoz-fındıq ilə resept

Fındıq yarpağı dəmləməsi pozulmuş qan dövranını bərpa edir. Əgər sizin əlləriniz və ayaqlarınız həmişə soyuq olursa bu dəmləməyə bal əlavə edin, gündə 3 dəfə 1 stəkan için. Fındıq yarpağı prostat böyüməsi (hiperplaziyası) üçün də çox faydalıdır.

Qoz yeyən zaman arakəsməsini atmayın, yığıb qəhvəüyüdəndə üyüdün və 200 qramını yarım kiloqram bal ilə qarışdırıb məcun hazırlayın. Bu məcundan gündə 2 dəfə 1 çay qaşığı 1 stəkan suya qarışdırıb için. Məcun yod çatışmazlığını aradan qaldırır, beyin damarlarını açır və beynin qidalanmasını yaxşılaşdırır. Qoz yarpaqlarını dərəndə cavan yarpaqlardan yığıb qurudun, uşaqlarda və böyüklərdə vitamin əskikliyi zamanı dəmləyib, bal əlavə edib için. Qurudulmuş qoz yarpaqlarını qəhvəüyüdəndə toz formasına salın, xına ilə qarışdırın və dəmləyib saçınıza qoyun, bu zaman saçlarınız tünd şabalıdı rəngə boyanacaqdır.

Nar ilə resept

Nar yeyən zaman qabığını atmayın, nar qabığını qurudun və 2 çay qaşığı 1 stəkan suda 5 dəqiqə qaynadıb süzün, sonra bal əlavə edin, belə dəmləmənin ishallar zamanı içilməsi əvəzolunmazdır. Nar qabığının dəmləməsi ilə qarqara edən zaman ağız yaraları sağalır və diş əti bərkiyir.

Əzgil ilə resept

Əzgil saplağının dəmləməsi qanlı ishalı aradan qaldırır.

Zeytun yarpağı ilə resept

Təzyiqiniz və şəkəriniz varsa, hər gün zeytun yarpağı dəmləməsi için.

Soğan ilə resept

Bazarlarda soğan satanlar soğanın qabıqlarını soyub atırlar, əslində isə soğan qabıqları olduqca faydalıdır. İki ovuc soğan qabığı 2 litr süddə  10 dəqiqə vam odda qaynadılır, babasil xəstəliyi zamanı gündə 1 dəfə yarım saat bu dəmləmənin içində oturduqda düyünləri kiçildir.

Kələmin qabığı ilə resept

Kələmin ən vitaminli yeri atılan qabıqlarıdır. Kələmi soyduqca vitamini azalır.

Limonun qabığı ilə resept

Limonlu çay içəndə limonun qabığını soyub, qurudub saxlayın, limon qabığı köpmələrdə və həzmsizlikdə çay kimi dəmlənilib içilir. Limon qabıqları həm də qurdqovucudur.

Portağal qabığı ilə resept

Portağal qabıqlarını qurudub saxlayın. Qurudulmuş qabıqdan 100 qram götürüb 0,5 kq bal ilə qarışdırıb məcun hazırlayın. Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyin. Bu əla qurdqovucu vasitədir.

fizulihuseynov 

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see690

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see420

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see251

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see226

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see208

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see197

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see196

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see193

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see191

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see190

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see188

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see187

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see181

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see180

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see179

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see179

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see173

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri