Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hadisənin üzərindən 2 həftəyə yaxın vaxt keçsə də “uçan taksi” məsələsi barədə müzakirələr səngimir.
Bəs belə bir hal Avropa ölkələrində baş versə vəziyyət necə olardı?
Avtosfer.az xəbər verir ki, ötən həftə Avropa İttifaqı və Avropa Komissiyası sürücülük vəsiqələri barədə razılığa gəlib.
Razılığa görə artıq üzv ölkələr ömürlük vəsiqələrin verilməsini dayandırmalıdır.
Vəsiqə təzə başlayanlar üçün 1-3 il müddətinə verilməli, müddəti isə maksimum 15 il uzadılmalıdır.
Yenilənmə zamanı sürücü təkrar müayinədən keçməlidir. Yaşlıların maşın sürməsinə fərdi yanaşılmalıdır.
Bizdəki kimi ildə 1 dəfə uzadılma olmayacaq. Vahid sənədin hazırlanması və qüvvəyə minməsi 2 ilədək vaxt aparacaq.