Icma.az
close
up
RU
Xəstə sürücüləri yollardan necə yığışdırmaq lazımdır? BEYNƏLXALQ TƏCRÜBƏ

Xəstə sürücüləri yollardan necə yığışdırmaq lazımdır? BEYNƏLXALQ TƏCRÜBƏ

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hadisənin üzərindən 2 həftəyə yaxın vaxt keçsə də “uçan taksi” məsələsi barədə müzakirələr səngimir. Bəs belə bir hal Avropa ölkələrində baş versə vəziyyət necə olardı?

Avtosfer.az xəbər verir ki, ötən həftə Avropa İttifaqı və Avropa Komissiyası sürücülük vəsiqələri barədə razılığa gəlib. Razılığa görə artıq üzv ölkələr ömürlük vəsiqələrin verilməsini dayandırmalıdır. Vəsiqə təzə başlayanlar üçün 1-3 il müddətinə verilməli, müddəti isə maksimum 15 il uzadılmalıdır. Yenilənmə zamanı sürücü təkrar müayinədən keçməlidir. Yaşlıların maşın sürməsinə fərdi yanaşılmalıdır. Bizdəki kimi ildə 1 dəfə uzadılma olmayacaq. 

Vahid sənədin hazırlanması və qüvvəyə minməsi 2 ilədək vaxt aparacaq. Lakin indidən ömürlük vəsiqə verən ölkələr tədbir görməyə başlayıb.
Məsələ indi gündəliyə gətirilsə də, bir çox Avropa ölkəsində qanunvericilik hökumət orqanlarına sürücünün vəsiqəsini xəstəliyə görə məhdudlaşdırmaq səlahiyyəti verir. Belçika, İsveçrə, Almaniya və Fransa kimi ölkələrdə yol hərəkəti qanunvericiliyi sürücünün vəsiqə aldıqdan sonra keçirdiyi xəstəliklərlə bağlı polisi məlumatlandırmalıdır. Bir çox ölkədə bu tələbin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. 

Belə bir qanun elektron sənəd dövriyyəsindən daha əvvəl qəbul olunub. İndi isə bir çox Avropa ölkəsində elektron sistem sayəsində tibb müəssisələri nəqliyyatı idarə etməyə mane olan hallarla bağlı polisə məlumat ötürür. 
Bizim ucan taksinin sürücüsünün vəziyyətini konkret bir ölkənin nümunəsində müqayisə edək. Fransa qanunvericiliyinə görə, epilepsiya vətəndaşın sürücülük hüququndan ömürlük məhrum edilməsi üçün əsas yaratmır, lakin bunun şərtləri var. İxtisaslaşmış həkim komissiyası son 1 ildə epilepsiya tutması olmayan şəxin 6 ay müddətinə avtomobil idarə etməsinə icazə verə bilər. Son 5 ildə epilepsiya keçirməyən şəxsə sürücülük vəsiqəsi uzun müddətə verilə bilər.

Lakin böyük texnika (avtobus, yük avtomobili) ilə bağlı vəziyyət başqadır. Bu texnikaları idarə etmək istəyən sürücü heç bir antiepileptik dərman qəbul etmələli və nevroloqun son 10 ildəki müntəzəm müayinələri zamanı  epilepsiya yaradan heç bir hal müşahidə edilməməlidir. Nevroloqun müayinəsi zamanı heç bir ciddi serebral patalogiya aşkara çıxmamalıdır. 

Göründüyü kimi, qanunvericilik epilepsiya xəstəsinin maşın sürməsinə icazə versə də, xəstə şəxs de fakto tibbi müayinədən keçə bilməyəcək.

Bu gün Azərbaycan yollarında gözü yaxşı görməyən, kardioloji və psixoloji problemləri olan, sürücülərin qəbul etməsinə icazə verilməyən dərmandan asılı çox sayda sürücü “heç nə olmaz, Allah kərimdir” düşüncəsi ilə yollarda risk yaratmağa davam edir. 

Bu yerdə “polis niyə bu sürücüləri yollardan yığışdırmır?” sualı ortaya çıxır. Sürücünün sağlamlığı ilə bağlı qərarı yalnız həkim verə bilər. Bu məsələ heç bir ölkədə polisin səlahiyyətində deyil. Polis sürücüləri kütləvi surətdə saxlayıb tibbi müayinəyə də göndərə bilməz. Lakin tibb müəssisələri sürücülərin avtomobil idarə etməyə mane olan xəstəlikləri barədə polisə məlumat ötürsə, o zaman xəstə sürücülər yollardan yığışar. Çox az hallarda xəstəliyinə görə sürücülərin avtomobildən könüllü şəkildə imtina etməsinin şahid olmuşuq.  

Lakin ciddi sağlamlıq problemləri olan şəxslərin zərurət olmadığı halda israrla maşın sürməsi hallarına addım başı rast gəlirik.  Bir tanış həkim (etik baxımdan uyğun olmadığı üçün adını yazmırıq – müəl.) danışır ki, şəkəri olan xəstəyə avtomobildən istifadə etməməyi, işə piyada gedib gəlməyi tövsiyə edib. Diabetin ilkin mərhələsi olduğu üçün həkim ona dərman müalicəsi tətbiq etmək istəməyib. Məsləhət görüb ki, piyada gəzsin, yüngül qida qəbul etsin, həyat tərzini dəyişsin. Özünə nəzarət etsə heç bir ağırlaşma olmayacaq.

Pasientin cavabı təxminən belə olub: mən maşını nə üçün almışam? Dərman yaz maşın sürüm! 

Həkim dərman müalicəsindən (haqlı olaraq) imtina etdiyi üçün pasient acıq edərək başqa klinikaya üz tutub. Təsəvvür edirsinizmi, insan maşın sürmək üçün xəstəliyinin ağırlaşmasına razıdır. Bu şəxsin psixoloji portretini cizməyi hörmətli oxucunun ixtiyarına buraxıram. 

Başqa bir situasiyada isə tanınmış müəssisələrin birində ciddi vəzifə tutan şəxs diabetlə problemi yarandığı üçün həkim arvadının tövsiyəsinə əməl edərək avtomobili satıb, iş yeri uzaq olsa da, piyada getməyə başlayıb, qidalanma rejimini nəzarətdə saxlayır. Buna görə də, 10 ildir ciddi ağırlaşmalarla üzləşmir. Həmsöhbətim maşınsızlıqdan şikayətini dilə gətirmədi. 

Bizdəki “uçan taksi”nin vəziyyətinə gəlincə: belə bir hal Avropa ölkələrində olsa, yəni sürücü qıcolmadan qəza törətdiyini etiraf etsə idi, məhkəmə onun vəsiqəsini birdəfəlik ləğv edəcəkdi. Yaxud, uşaqlarının dediyi kimi tez-tez qıcolması tutsa, o zaman vəsiqə həkimin rəyi əsasında ləğv olunacaqdı. Roma hüququnda deyilir ki, “1 həkimin rəyi 3 şahidin ifadəsindən üstündür”.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Aprel 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri