Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq. Azərbaycanda cəza çəkən məhkumların sağlamlıq vəziyyəti qanunvericilikdə xüsusi diqqət mərkə
Xüsusilə ağır xəstəliklərə tutulmuş məhkumlarla bağlı müəyyən hallarda humanist prinsiplər əsasında vaxtından əvvəl azad edilmə və ya əfv ol
Bu, həm insan hüquqlarının qorunması, həm də məhkumun sağlamlıq vəziyyətinə uyğun yanaşma baxımından mühüm əhəmiyyət daşıyır.
Həbsdə olan bir şəxs ağır xəstəliyə tutulursa onun vaxtından əvvəl azad edilməsi imkanı yaranırmı?
Yaxud əfv zamanı bu məhkumun ağır xəstə olması nəzərə alınırmı?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əsasən, cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərmək üçün tibb-sanitariya hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm və narkomaniyaya düçar olanların, habelə vərəmli xəstələrin stasionar müalicəsi və saxlanılması üçün müalicə müəssisələri təşkil edilir.
Vəkilin sözlərinə görə, məhkəmə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi məsələlərinin həlli zamanı cəzanın icrasına nəzarət edir: “Müxtəlif yoluxucu xəstəliklərə tutulmuş məhkumlar bir-birindən və sağlam məhkumlardan ayrılıqda saxlanılırlar.
Cinayət Məcəlləsinin 78-ci maddəsinə əsasən, cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.