Icma.az
close
up
RU
Xəstəliyi olan məhkumlar əfv olunacq? AÇIQLAMA

Xəstəliyi olan məhkumlar əfv olunacq? AÇIQLAMA

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Azərbaycanda cəza çəkən məhkumların sağlamlıq vəziyyəti qanunvericilikdə xüsusi diqqət mərkəzindədir. Xüsusilə ağır xəstəliklərə tutulmuş məhkumlarla bağlı müəyyən hallarda humanist prinsiplər əsasında vaxtından əvvəl azad edilmə və ya əfv olunma imkanları nəzərdə tutulur.

Bu, həm insan hüquqlarının qorunması, həm də məhkumun sağlamlıq vəziyyətinə uyğun yanaşma baxımından mühüm əhəmiyyət daşıyır. 

Həbsdə olan bir şəxs ağır xəstəliyə tutulursa onun vaxtından əvvəl azad edilməsi imkanı yaranırmı? Yaxud əfv zamanı bu məhkumun ağır xəstə olması nəzərə alınırmı?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əsasən, cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərmək üçün tibb-sanitariya hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm və narkomaniyaya düçar olanların, habelə vərəmli xəstələrin stasionar müalicəsi və saxlanılması üçün müalicə müəssisələri təşkil edilir. 

Vəkilin sözlərinə görə, məhkəmə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi məsələlərinin həlli zamanı cəzanın icrasına nəzarət edir:

“Müxtəlif yoluxucu xəstəliklərə tutulmuş məhkumlar bir-birindən və sağlam məhkumlardan ayrılıqda saxlanılırlar. Cinayət Məcəlləsinin 78-ci maddəsinə əsasən, cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.

Məhkumlar cəza çəkməkdən aşağıdakı əsaslarla azad edilirlər:

1.cəza müddəti qurtardıqda;
2.hökmün ləğv edilməsi ilə əlaqədar işin icraatına xitam verildikdə;
3.cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;
4.cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə;
5.amnistiya və ya əfvetmə aktına əsasən;
6.xəstəliyə və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslara görə”.


T.Abdullazadə vurğulayıb ki, psixi və sair ağır xəstəliklə əlaqədar cəza çəkməkdən azadetmə barədə məhkəməyə məhkumun özü və ya onun qanuni nümayəndəsi ərizə, cəzanı icra edən müəssisə və ya orqan isə təqdimat verir:

“Təqdimatla birlikdə məhkəməyə tibbi-sosial komissiyasının rəyi və məhkumun şəxsi işi göndərilir. Təqdimatda məhkumun bütün cəzaçəkmə müddətində davranışı barədə məlumat olmalıdır”.

Fidan Hacızadə
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Aprel 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri