Xəstəxanadan kənarda dünyaya uşaq gətirmək həm ana, həm də körpənin sağlamlığı üçün riskli…
Icma.az, Bizimyol portalına istinadən məlumat verir. Bu yaxınlarda Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş proses
Çağırış ünvanında təcili tibbi yardım heyəti tərəfindən 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesi idarə olunub.
Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.
Təcili tibbi yardım briqadası tərəfindən ana və yenidoğulmuşa zəruri ilkin tibbi yardım göstərildikdən sonra müvafiq tibb müəssisəsinə təxliyə olunub.
Ana və körpənin müalicəsi Xəzər Tibb Mərkəzində davam etdirilib.Ümumiyyətlə, evdə, metroda, maşında təyyarədə - qısaca, xəstəxanadan kənarda dünyaya uşaq gətirməyin riskli təhlükəli detalları nələrdir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında “Caspian International Hospital”-ın ginekoloqu Gülnar İbrahimova bildirib ki, steril olmayan mühitdə doğuş, həm anaya, həm körpəyə infeksiya sala bilər: “Xəstəxanadan kənar doğuş həm ana, həm də dünyaya gələcək körpə üçün risklidir.
Belə ki, doğuşdan sonra ana üçün ən çox qorxulan ağırlaşmalardan biri uşaqlığın tam yığılmaması yaxud ciftin tam çıxmaması nəticəsində olan postpartum qanamadır.
Yaxud, uşaqlıq yırtılması ola bilər. Xüsusilə, əvvəlki doğuş keysəriyyə ilə olubsa bu böyük riskdir.
Tam oxu
Xəbəri oxu