Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Xəstəxanadan kənarda dünyaya uşaq gətirmək həm ana, həm də körpənin sağlamlığı üçün risklidir

Xəstəxanadan kənarda dünyaya uşaq gətirmək həm ana, həm də körpənin sağlamlığı üçün risklidir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bu yaxınlarda Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etmək məcburiyyətində qalıb. Çağırış ünvanında təcili tibbi yardım heyəti tərəfindən 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesi idarə olunub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb. Təcili tibbi yardım briqadası tərəfindən ana və yenidoğulmuşa zəruri ilkin tibbi yardım göstərildikdən sonra müvafiq tibb müəssisəsinə təxliyə olunub. Ana və körpənin müalicəsi Xəzər Tibb Mərkəzində davam etdirilib.Ümumiyyətlə, evdə, metroda, maşında təyyarədə - qısaca, xəstəxanadan kənarda dünyaya uşaq gətirməyin riskli təhlükəli detalları nələrdir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında “Caspian International Hospital”-ın ginekoloqu Gülnar İbrahimova bildirib ki, steril olmayan mühitdə doğuş, həm anaya, həm körpəyə infeksiya sala bilər: “Xəstəxanadan kənar doğuş həm ana, həm də dünyaya gələcək körpə üçün risklidir. Belə ki, doğuşdan sonra ana üçün ən çox qorxulan ağırlaşmalardan biri uşaqlığın tam yığılmaması yaxud ciftin tam çıxmaması nəticəsində olan postpartum qanamadır. Yaxud, uşaqlıq yırtılması ola bilər. Xüsusilə, əvvəlki doğuş keysəriyyə ilə olubsa bu böyük riskdir.

Steril olmayan mühitdə doğuş həm anaya, həm körpəyə infeksiya sala bilər. Bu ağırlaşmalar zamanı vaxtında tibbi müdaxilə olmazsa şok və ölüm riski var. Doğuş zamanı göbək ciyəsi dolana bilər, yaxud tənnəffüs gec başlaya bilər və nəticədə körpədə asfiksiya (boğulma) ola bilər. Steril olmayan əllərlə yaxud alətlərlə müdaxilə nəticəsində həm körpədə, həm anada ciddi infeksiyon ağırlaşma yarana bilər. Təcrübəsiz doğuş zamanı körpənin çiyinləri və başı zədələnə bilər. Bu da körpənin qollarında hərəkət məhdudluğu yaxud ciddi baş beyin zədələnmələri ilə özünü göstərə bilir. Göbək ciyəsinin gec kəsilməsi və yaxud düzgün bağlanmaması infeksiya və qanaxma riski yaradır”.

Gülnar İbrahimova

Gülnar İbrahimova qeyd edib ki, 36 həftədən sonra uzaq səyahətlər (təyyarə, qatar, uzun məsafəli avtomobil) məsləhət görülmür: “Belə hadisələrin qarşısını almaq üçün son ayda hamilə qadın 37 həftədən sonra doğuş əlamətlərinə diqqət etməlidir. Müntəzəm sancılar başladıqda və ya su gələndə dərhal xəstəxanaya yola çıxmaq lazımdır. Əvvəlki doğuşu sürətli keçən qadınlarda növbəti doğuş da tez başlaya bilər. Bu halda, əvvəlcədən xəstəxanaya yerləşmək məsləhətdir. 36 həftədən sonra uzaq səyahətlər (təyyarə, qatar, uzun məsafəli avtomobil) məsləhət görülmür. Hava yollarının çoxu təkdöllü hamiləlikdə 36 həftədən sonra, əkiz döldə isə 32 həftədən sonra hamilə qadını qəbul etmir. Səbəb də, məhz bu riskdir. Ümumiyyətlə, təyyarə ilə səyahət zamanı 28 həftədən sonrakı həftələrdə həkim icazəsi tələb edilir.

Bundan əlavə, 36–37 həftədən hamilə qadının doğuş çantası hazır olmalıdır. Çantanın içində tibbi sənədlər, şəxsiyyət vəsiqəsi, təmiz dəsmal, uşaq paltarı, steril əlcək və s. olmalıdır.

Hər bir hamilə qadın doğuş əlamətlərini tanımalıdır. Doğuşun başladığını bildirən əlamətlər:

Qarnın aşağısında müntəzəm sancılar (5–10 dəqiqə aralığında)Su gəlməsiQanlı ifrazat

Bu əlamətlərdən biri varsa, xəstəxanaya yola çıxmaq və yaxud təcili yardım çağırılmalıdır. Xəstəxanadan kənarda doğuş ana və körpə üçün həyati risklidir. Ən vacib olan nüans; doğuşun yaxınlaşdığını hiss etdikdə tək qalmamaq, dərhal tibbi yardıma müraciət etmək və səyahətləri son aylarda məhdudlaşdırmaqdır”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Oktyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri