Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Deniz Baysal ilə Barış Yurtçu arasında davam edən boşanma prosesi yeni iddialarla gündəmə gəlib. Yurtçunun həyat yoldaşını aldatdığı barədə yayılan xəbərlərdən sonra məşhur müğənni vəkilinin vasitəsilə açıqlama verərək iddialara cavab verib.
Demokrat.az xəbər verir ki, 2019-cu ildə evlənən cütlüyün bir müddətdir münasibətlərində problem yaşadığı və ayrı yaşadığı bildirilirdi. İyul ayında Deniz Baysalın İstanbul Məhkəməsinə müraciət edərək boşanma iddiası qaldırdığı, səbəb kimi isə fikir ayrılıqları və münasibətlərdə yaranan problemləri göstərdiyi qeyd olunmuşdu.
Boşanma prosesinin qarşılıqlı razılaşma ilə başa çatacağı gözlənilsə də, sonradan tərəflərin razılığa gələ bilmədiyi və prosesin mübahisəli xarakter aldığı barədə məlumatlar yayılıb. Məhkəmənin iş üzrə məxfilik qərarı verdiyi də bildirilib.
Bu arada Baysalın yaxınlarının sosial media paylaşımları diqqət çəkib. Sözügedən paylaşımlardan sonra Barış Yurtçunun həyat yoldaşına xəyanət etdiyi barədə iddialar ortaya çıxıb. Hətta bəzi televiziya proqramlarında boşanmanın əsas səbəbinin xəyanət olduğu irəli sürülüb.
Uzun müddət məsələyə münasibət bildirməyən Yurtçu nəhayət, vəkili Tarkan Erdalın imzası ilə ictimaiyyətə açıqlama yayıb. Açıqlamada müğənninin həyat yoldaşını aldatması ilə bağlı iddiaların tamamilə həqiqətə uyğun olmadığı və əsassız olduğu bildirilib.
Vəkil həmçinin qeyd edib ki, sözügedən iddialar Yurtçunun şəxsi hüquqlarına müdaxilə xarakteri daşıyır. Açıqlamada davam edən boşanma işi ilə bağlı məhkəmənin məxfilik qərarının olduğu xatırladılıb və tərəflərin şəxsi həyatına hörmət edilməsi çağırışı edilib.
Yurtçunun tərəfi media və sosial şəbəkələrdə mənbəyi və doğruluğu təsdiqlənməmiş məlumatların yayılmamasını istəyib. Deniz Baysal isə hələlik yayılan iddialarla bağlı hər hansı açıqlama verməyib.
Cütlüyün boşanma prosesinin necə nəticələnəcəyi isə məhkəmənin qərarından sonra məlum olacaq.
Читать полностью