Icma.az
close
up
RU
Xəyanət iddialarına cavab verdi FOTOLAR

Xəyanət iddialarına cavab verdi FOTOLAR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Deniz Baysal ilə Barış Yurtçu arasında davam edən boşanma prosesi yeni iddialarla gündəmə gəlib. Yurtçunun həyat yoldaşını aldatdığı barədə yayılan xəbərlərdən sonra məşhur müğənni vəkilinin vasitəsilə açıqlama verərək iddialara cavab verib.
Demokrat.az
xəbər verir ki, 2019-cu ildə evlənən cütlüyün bir müddətdir münasibətlərində problem yaşadığı və ayrı yaşadığı bildirilirdi. İyul ayında Deniz Baysalın İstanbul Məhkəməsinə müraciət edərək boşanma iddiası qaldırdığı, səbəb kimi isə fikir ayrılıqları və münasibətlərdə yaranan problemləri göstərdiyi qeyd olunmuşdu.
Boşanma prosesinin qarşılıqlı razılaşma ilə başa çatacağı gözlənilsə də, sonradan tərəflərin razılığa gələ bilmədiyi və prosesin mübahisəli xarakter aldığı barədə məlumatlar yayılıb. Məhkəmənin iş üzrə məxfilik qərarı verdiyi də bildirilib.
Bu arada Baysalın yaxınlarının sosial media paylaşımları diqqət çəkib. Sözügedən paylaşımlardan sonra Barış Yurtçunun həyat yoldaşına xəyanət etdiyi barədə iddialar ortaya çıxıb. Hətta bəzi televiziya proqramlarında boşanmanın əsas səbəbinin xəyanət olduğu irəli sürülüb.
Uzun müddət məsələyə münasibət bildirməyən Yurtçu nəhayət, vəkili Tarkan Erdalın imzası ilə ictimaiyyətə açıqlama yayıb. Açıqlamada müğənninin həyat yoldaşını aldatması ilə bağlı iddiaların tamamilə həqiqətə uyğun olmadığı və əsassız olduğu bildirilib.
Vəkil həmçinin qeyd edib ki, sözügedən iddialar Yurtçunun şəxsi hüquqlarına müdaxilə xarakteri daşıyır. Açıqlamada davam edən boşanma işi ilə bağlı məhkəmənin məxfilik qərarının olduğu xatırladılıb və tərəflərin şəxsi həyatına hörmət edilməsi çağırışı edilib.
Yurtçunun tərəfi media və sosial şəbəkələrdə mənbəyi və doğruluğu təsdiqlənməmiş məlumatların yayılmamasını istəyib. Deniz Baysal isə hələlik yayılan iddialarla bağlı hər hansı açıqlama verməyib.
Cütlüyün boşanma prosesinin necə nəticələnəcəyi isə məhkəmənin qərarından sonra məlum olacaq.

seeBaxış sayı:181
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri