XƏYANƏT PENSİYAÇILARI... Niyə mehdiyevlərin pensiyası sıravi vətəndaşınkından 30 dəfə çox …
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Artıq neçə gündür ki, media və hətta mütəxəssislər belə Ramiz Mehdiyevin aldığı pensiyanın məbləğini tam dəqiqliyi ilə hesablaya bilmir.
Ancaq əksəriyyət o fikirdədir ki, 87 yaşlı Mehdiyev hazırda dövlətdən üst-üstə 10-12 min manat pensiya və digər ödənişlər alır.
Azərbaycanda dövlət qulluqçuları, deputatlar, yüksək vəzifəli şəxslərin pensiyası xidmət müddətinə və vəzifəsinin rəsmi maaşına görə müəyyən faizlərlə hesablanır.
Məsələn, deputatlar üçün bu, onların maaşının 80 %-i qədərdir.
Vəzifəli məmurlar üçün də yüksək pensiya hesablanmasından ötrü illər boyu hər cür şərait və yollar yaradılıb.
Ekspertlər hesab edirlər ki, Ramiz Mehdiyev kimi yüksək vəzifəli məmurun pensiyası nəzəri baxımdan orta əmək pensiyasından dəfələrlə yüksək ola bilər.
Çünki yüksək maaş, uzun əmək stajı, ali statuslu dövlət qulluqçusu kimi xüsusi əlavələr burada xüsusi rol oynayan amillərdir.
Tam oxu
Xəbəri oxu