Icma.az
close
up
RU
XƏYANƏT PENSİYAÇILARI... Niyə mehdiyevlərin pensiyası sıravi vətəndaşınkından 30 dəfə çox olmalıdır?

XƏYANƏT PENSİYAÇILARI... Niyə mehdiyevlərin pensiyası sıravi vətəndaşınkından 30 dəfə çox olmalıdır?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq neçə gündür ki, media və hətta mütəxəssislər belə Ramiz Mehdiyevin aldığı pensiyanın məbləğini tam dəqiqliyi ilə hesablaya bilmir. Ancaq əksəriyyət o fikirdədir ki, 87 yaşlı Mehdiyev hazırda dövlətdən üst-üstə 10-12 min manat pensiya və digər ödənişlər alır.

Azərbaycanda dövlət qulluqçuları, deputatlar, yüksək vəzifəli şəxslərin pensiyası xidmət müddətinə və vəzifəsinin rəsmi maaşına görə müəyyən faizlərlə hesablanır. Məsələn, deputatlar üçün bu, onların maaşının 80 %-i qədərdir. Vəzifəli məmurlar üçün də yüksək pensiya hesablanmasından ötrü illər boyu hər cür şərait və yollar yaradılıb.

Ekspertlər hesab edirlər ki, Ramiz Mehdiyev kimi yüksək vəzifəli məmurun pensiyası nəzəri baxımdan orta əmək pensiyasından dəfələrlə yüksək ola bilər. Çünki yüksək maaş, uzun əmək stajı, ali statuslu dövlət qulluqçusu kimi xüsusi əlavələr burada xüsusi rol oynayan amillərdir. Bir də təbii ki, status, əlaqələr, müvafiq nazirliyə təsir imkanları və s. də öz yerində. Üstəlik, Ramiz Mehdiyev hazırda təkcə akademik rütbəsinə görə ayda 2000 manat pul alır. Bütün bunlar nəzərə alındıqda, Mehdiyevin hər ayda dövlətdən aldığı vəsaitin 10 min manatı ötməsi inandırıcıdır. Göründüyü kimi, Ramiz Mehdiyev kimilər vəzifədə olduqları müddətdə dövləti, xalqı taladıqları bəs deyil, pensiyaya çıxandan və vəzifədən gedəndən sonra da xalqın və büdcənin yaxasından düşmürlər, yenə, pensiyada da ən böyük və yağlı tikə onlarındır. Bu da Azərbaycandakı pensiya sisteminin nə qədər ədalətsiz olduğunu, xalqa yox, bu pensiya sistemini yaradanlara - məmur-deputat zümrəsinə xidmət etdiyini göstərir.

Məlum olduğu kimi, hazırkı az qala mürtəce - varlını qocalanda da yağ-bal içində saxlayan, kasıbı isə daha da kasıblaşdıran, ahıl vaxtında da doyunca yeməyə, dərmana möhtac qoyan pensiya sisteminin kökünü zamanında Səlim Müslümov qoyub. Bir çox imkansız ahıl vətəndaşlarımız onun həbsə atılmasını “kasıbın ahının nəticəsi” kimi qəbul edir və bununla özlərinə təskinlik verirdilər. Lakin Müslümov indi azadlıqda və öz kef-damağındadır. Kasıb pensiyaçı isə yenə də həmin qəpik-quruş pensiyanın ümidinə qalıb...

Bu cür kasıb düşməni pensiya sisteminin yaradılmasının özü xalqa qarşı böyük xəyanətdir. Ancaq göründüyü kimi, hər şeyin qaymağını yenə bu cür xəyanətləri edənlər yeyir. Ömrünü ağır işlərdə keçirən və quru maaşdan başqa heç bir əlavə gəliri olmayan yaşlı adamlarımız, müəllimlərimiz, həkimlərimiz 320 manat pensiya, şəhid atası, ailəsi 400-500 manat müavinət alarkən, əsil-nəslində bir nəfər şəhidi, qazisi olmayan, əksinə, Azərbaycanın hərbi və iqtisadi cəhətdən məğlubiyyəti, korrupsiyalaşması, geriləməsi üçün əlindən gələni edən, bu dövlətdən, xalqdan başqa hər kəsə, hər şeyə xidmət edən “Mehdiyev cinsindən olanlar”ın pensiya və müavinətləri 10 min manatı keçir. Yəni, adi pensiyaçıdan 30 dəfə(!) çox pul alırlar. Niyə, hansı xidmətlərinə görə? Zatən vəzifədə topladıqları var-dövlət, obyektlərindən, bizneslərindən gələn milyonlar “7 arxa dönənlərinə qədər” bəsdir. Və bütün bu şəraiti həmin xainlərin özləri üçün yaratdığı pensiya sistemi təmin edir. Bu, nə haqq, nə ədalət, nə qanundur belə?

Ən pisi də odur ki, bu sistemə əl gəzdirmək, onu dəyişdirmək, insana, xalqa yönəlik vəziyyətə gətirmək istəyən də yoxdur. Hazırda sıravi insanlarımızın alacağı pensiyanın məbləği minimum əmək haqqı səviyyəsinə bağlı vəziyyətdədir. Yəni, minimum əmək haqqı artdıqca, vətəndaşın pensiya almaq üçün toplamalı olduğu pensiya kapitalının məbləği də artırılır. Beləliklə, insanlar pensiya yaşına çatsa da, tələb olunan pensiya kapitalını toplaya bilmirlər. Nəticədə pensiya yaşına çatandan sonra yaşa görə müavinətin ümidinə qalırlar. Bu isə bir insanın nəinki dava-dərmanına, geyiminə və sair, heç normal qidalanmasına da çatmır. Üstəlik, hələ pensiya yaşını bir az da artırmağı düşünürlər. Bu sistem zamanında Səlim Müslümov kimilər tərəfindən ortaya atılaraq, inkişaf etmiş, əmək haqqı və sosial təminat səviyyəsi yüksək ölkələrin təcrübəsindən götürülüb. Lakin bu zaman Azərbaycanın reallıqları, ölkəmizin, əhalinin həyat səviyyəsinin həmin dövlətlərdən bir çox göstəricilərdə qat-qat geri qaldığını bilərəkdən nəzərə almayıblar.

Bu gün yapon, ərəb, avropalı, amerikalı pensiya yaşına çıxandan sonra bütün dünyanı gəzib-dolaşır, səyahət edir, həyatın dadını çıxarırkən, bizim pensiyaçıların əksəriyyəti həyatın dadını yox, acısını yaşayırlar. Mehdiyevlər, qaralovlar, qarayevlər, mahmudovlar, abutalıbovlar, həsənovlar və s. isə vəzifədə olduqları kimi, bu gün də lyuks həyatlarını yaşayırlar. Görünür, bu cür qocalığı təmin etmək üçün onlar kimi olmalı, oğurluq, talançılıq, xəyanət – bir sözlə, bütün pisliklərə getməlisən. Və təəssüf ki, belələrini yuxarı başa çıxardıqca, belə də davam edəcək...

Cəlal Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri