Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan maarifçilik hərəkatının ilk öncüllərindən olan Həsən bəy Zərdabinin Vətən və xalq qarşısında xidmətləri ölçüyəgəlməzdir.
Dövrünün ziyalı şəxslərindən olan Həsən bəy bütün şüurlu həyatını xalqının maariflənməsinə həsr etmişdir.
Bütün ömrü boyu bu amal uğrunda mübarizə aparmış, cəsarəti,qətiyyəti, haqq işi uğrunda mübarizliyi ilə böyük uğurlara imza atmışdır.
Həsən bəy Zərdabinin nəcib maarifçilik yolunu tutmasında onun atasının xüsusi rolu olmuşdur.
Dövrünün gözü açıq insanlarından olan atası Səlim bəy oğlunun təhsili ilə həmişə ciddi maraqlanmış, övladını Vətənə, xalqa şərəflə xidmət etmək ruhunda tərbiyələndirmişdir.Həsən bəyin bütün vücudu, xeyirxah hisslərlə dolu ürəyi həmişə Vətən üçün döyünürdü.
Kənd mədrəsəsində təhsil alanda da, sonralar Şamaxıda rus dilli məktəbdə elmə yiyələnəndə də, Tiflis gimnaziyasında, ən nəhayət, Moskova Universitetində təhsil aldığı illərdə də bu nəcib hisslər onu bir dəqiqə belə tərk etmirdi.
Həsən bəyin kiçik köksündə böyük ürək döyünürdü. O ürək ki, gecə- gündüz Həsən bəyi xalqını maarifləndirməyə, onları ziya işığına qərq etməy