Icma.az
close
up
RU
Xeyirxahlıq üçün doğulmuş millət fədaisi... Fuad Biləsuvarlı yazır

Xeyirxahlıq üçün doğulmuş millət fədaisi... Fuad Biləsuvarlı yazır

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan maarifçilik hərəkatının ilk öncüllərindən olan Həsən bəy Zərdabinin Vətən və xalq qarşısında xidmətləri ölçüyəgəlməzdir. Dövrünün ziyalı şəxslərindən olan Həsən bəy bütün şüurlu həyatını xalqının maariflənməsinə həsr etmişdir. Bütün ömrü boyu bu amal uğrunda mübarizə aparmış, cəsarəti,qətiyyəti, haqq işi uğrunda mübarizliyi ilə böyük uğurlara imza atmışdır.

Həsən bəy Zərdabinin nəcib maarifçilik yolunu tutmasında onun atasının xüsusi rolu olmuşdur. Dövrünün gözü açıq insanlarından olan atası Səlim bəy oğlunun təhsili ilə həmişə ciddi maraqlanmış, övladını Vətənə, xalqa şərəflə xidmət etmək ruhunda tərbiyələndirmişdir.
Həsən bəyin bütün vücudu, xeyirxah hisslərlə dolu ürəyi həmişə Vətən üçün döyünürdü. Kənd mədrəsəsində təhsil alanda da, sonralar Şamaxıda rus dilli məktəbdə elmə yiyələnəndə də, Tiflis gimnaziyasında, ən nəhayət, Moskova Universitetində təhsil aldığı illərdə də bu nəcib hisslər onu bir dəqiqə belə tərk etmirdi. Həsən bəyin kiçik köksündə böyük ürək döyünürdü. O ürək ki, gecə- gündüz Həsən bəyi xalqını maarifləndirməyə, onları ziya işığına qərq etməyə, gözü açıq olmağa səsləyirdi. Bir maarifçi gənc kimi Həsən bəy üçün bundan böyük amal yox idi.
"Vətənim Azərbaycandan kənar qalmağı özüm üçün ölüm hesab edirəm..."
Həsən bəy bu sözləri Moskova Universitetində təhsil aldığı illərdə söyləyib.
O, təhsil aldığı illərdə universitetin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinin ən yaxşı tələbələrindən biri olub.
Yüksək biliyi,çalışqanlığı və əzmkarlığı ilə seçilir. Və elə bu keyfiyyətlərinə görə ona məktəb rəhbərliyindən universitetdə qalıb işləmək təklifi gəlir.
Həsən bəyin cavabı isə yuxarıdakı qürurverici sətirlədir. Qısa, aydın və əsl vətənpərvər bir ziyalının cavabı.
O dövrün maarifçilərininin ən böyük keyfiyyətlərindən biri də məhz bu idi ki, onlar səbrlə, dözümlə xalqın maarifləndirilməsi üçün nicat yolu axtarırdılar, zülmətdə işıq arayırdılar.
Bir təbiətşünas alim kimi Vətənə dönən Həsən bəy çox fikirləşir.
Tükənməz arzularla dolu ürəyinin atəşini xalqının maarifləndirilməsi, ətrafda və dünyada baş verən siyasi proseslərdən xəbərdar olması üçün nə etməli?!
" Belə də qəzet çıxarmaqdan savayı qeyri əlac yoxdur ki, o kağızın üzərinə yazılmış qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın..."
Həsən bəyin gəldiyi son qənaət budur.
Maarifləndirmə işıq yolu hesab etdiyi qəzetin adını da fikirləşib: " Əkinçi". Amma rejim çox güclüdür. Həsən bəy bu nəcib müqəddəs arzusunun reallaşması yolunda israrla, inadla mübarizə aparır. Uzun-uzun yazışmalar, izahlar... Bu ağır proses nə az, nə çox düz yeddi il çəkir.

Həsən bəyin yaradıcı olduğu " Əkinçi" qəzeti nəhayət ki, 1875 - ci ilin iyul tarixində işıq üzü görür.
Bu müqəddəs tarix həm də Azərbaycan milli mətbuatının tarixi olur. Qədir bilən Azərbaycan xalqı düz əsr yarıma yaxındır ki, Həsən bəy Zərdabiyə rəhmət oxuya-oxuya həmin günü milli mətbuat günü kimi qeyd edir...
Böyük maarifçi naşiri olduğu qəzetin adını " Əkinçi" qoymuşdu. Bunun özü də böyük məna daşıyır. Belə ki, bu qəzeti buraxmaqla Həsən bəy öz həmvətənlərinə təkcə əkin və ziraət xəbərləri vermirdi, həm də onları maarifləndirir, onlarda elmə maraq, həvəs yaradırdı. Həsən bəyin " Əkinçi"nin də məqsəd və məramı elə bu idi.
O dövrün çətinliklərini nəzərə alsaq " Əkinçi" qəzetinin çap etməyin nə qədər mürəkkəb məsələ olduğunu təsəvvür etmək çətin deyil. Xırda bir bəhanə qəzetin nəşrinin dayandırılması ilə nəticələnirdi. Amma millət fədaisi Həsən bəy dözürdü, vəziyyətə aydınlıq gətirərək xeyirxah işini davam etdirirdi. Bədxahlar isə çox idi. Ona görə də Həsən bəy çox çətinliklərə sinə gərərək " Əkinçi" qəzetini 1877 - ci il sentyabr sonuna kimi nəşr edə bilir. İki ildən bir az artıq və cəmi 56 nömrə.
Və 56 nömrə milli mətbuatımızın qızıl səhifələridir.
Xalqımıza bu qızıl səhifələri bəxş edənlər isə həmişə böyük ehtirmla xatırlanır, yad edilir. Həsən bəy Zərdabi kimi maarifçi insanların səpdiyi toxumlar artıq öz bəhrələrini çoxdan verir.
Hər il ölkəmizdə 22 iyul tarixinin Milli Mətbuat günü kimi qeyd olunması da mühüm hadisədir.
Mətbuat zamanın güzgüsüdür. " Əkinçi" qəzeti də öz dövrünün güzgüsü idi. Həmvətənlərimizi maarifləndirirdi, zülmətdə nur saçırdı. Böyük Mirzə Ələkbər Sabir demişkən, " bu aynada özünü görənlər"i islah edirdi.
Maaifçilik işi həmişə xeyirxah amallara və məqsədlərə söykənib. Və zaman çoxdan təsdiq edib ki, bu missiyanı yerinə yetirmək kimi nəcib bir işdən heç nə ola bilməz.
Bu gün ölkəmizdə mətbuat azaddır. Nəşr olunası qəzet və jurnalların adlarını saymaqla qurtarmır. Hələ müxtəlif saytları, sosial şəbəkələri demirik. Mətbuat işçilərimiz arasında xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatına görülənlər də var. Deməli Həsən bəy Zərdabi ənənələri yaşayır.
Xalq qarşısında xidmətlər unudulmur. Xalqımız da vətənpərvər maarifçi oğlunun xatirəsini həmişə əziz tutur. Bu gün Azərbaycanda Zərdabi adına rayon, Bakıda onun adını daşıyan geniş və yaraşıqlı prospekt, neçə-neçə mədəniyyət obyekti var.
Millətin əfəndisi olmaqdan uca, şərəfli nə ola bilər?! Həsən bəy Zərdabi də öz xalqının əvəzsiz əfəndisi olan şəxsiyyətlərindən idi. Ruhu şad olsun!..
Tanınmış jurnalist, siyasi icmalçı, filologiya elmləri doktoru, professor, "Əməkdar jurnalist" Qulu Məhərrəmli də dahi Həsən bəy Zərdabi haqqında fikirlərini bizimlə bölüşdü.

Həsən bəy Zərdabi millət qurucularının ön sırasında gəlir. Mirzə Fətəli Axundovdan sonra Azərbaycan ictimai şüurunun formalaşmasında, xalqımızın tərəqqisində, zülmətdən işığa çıxmasında, milli kimlik məsələsinin qabardılmasında, millətin özünü tanımasında və elm-təhsil yolunu seçməsində onun misilsiz xidmətləri olub. Zərdabi cəmiyyətin tərəqqisi, xalqın gözünün açılması və milli inkişaf yolunun seçilməsi üçün konkret addımlar atıb. Azərbaycanda ilk xeyriyyə cəmiyyətinin əsasını qoyan da məhz odur. İlk qəzetin – milli mətbuatın yaranması Zərdabinin adı ilə bağlıdır. Ölkəmizdə teatrın təməlini qoyan şəxs də Həsən bəy Zərdabi olmuşdur.
XX əsrin əvvəllərində Azərbaycan intibahında Zərdabinin rolu danılmazdır. O, "Kaspi" və "Həyat" qəzetlərindəki yazıları ilə milli maarifçilik işini genişləndirmiş, bilik ocaqlarının, kitabxanaların açılmasına, cəmiyyətin inkişafına böyük töhfələr vermişdir.
Ona görə də Həsən bəy Zərdabi, sözün əsl mənasında, millət qurucusu adına layiq görkəmli mütəfəkkirimizdir.
Müəllif: Fuad Biləsuvarlı, AYB üzvü və AJB üzvü, Prezident mükafatçısı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 İyul 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri