Xəzər dənizində görüntülənən nəhəng canlı nədir? Reallıq, ya fantastika? | Icma.az
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün səhərdən etibarən Bakı bulvarı ərazisində, Xəzər dənizinin sahilində 16 metr uzunluğunda hiperreal ölçüdə olan bir kaşalot özünü sahilə vurub.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, COP29 zirvə toplantısının keçirildiyi müddətdə bu sənət əsəri ətraf mühit və dənizlərin, su hövzələrinin mühafizəsinin vacibliyi haqqında böyük mesaj çatdırır.
Səhər saatlarından Balina instalyasiyası yüzlərlə şəhər sakini və qonaqların diqqətini cəlb edib.
Belçikada fəaliyyət göstərən "Captain Boomer Collective" tərəfindən yaradılan bu instalyasiya reallıqla fantastikanı ehtiva edir.
2008-ci ildən bəri Balina London, Paris, Varşava, Adelaide və Madrid kimi böyük şəhərlərdə təqdim edilib.
Lakin COP29 konfransının əhatəli və emosional kontekstində bu təqdimat ilk dəfə baş tutur.
"Captain Boomer Collective" FINS təşəbbüsü tərəfindən Bakıya dəvət olunub.
Tam oxu
Xəbəri oxu