Icma.az
close
up
RU
Xəzər dənizində görüntülənən nəhəng canlı nədir? Reallıq, ya fantastika?

Xəzər dənizində görüntülənən nəhəng canlı nədir? Reallıq, ya fantastika?

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün səhərdən etibarən Bakı bulvarı ərazisində, Xəzər dənizinin sahilində 16 metr uzunluğunda hiperreal ölçüdə olan bir kaşalot özünü sahilə vurub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, COP29 zirvə toplantısının keçirildiyi müddətdə bu sənət əsəri ətraf mühit və dənizlərin, su hövzələrinin mühafizəsinin vacibliyi haqqında böyük mesaj çatdırır. Səhər saatlarından Balina instalyasiyası yüzlərlə şəhər sakini və qonaqların diqqətini cəlb edib. Belçikada fəaliyyət göstərən "Captain Boomer Collective" tərəfindən yaradılan bu instalyasiya reallıqla fantastikanı ehtiva edir. 2008-ci ildən bəri Balina London, Paris, Varşava, Adelaide və Madrid kimi böyük şəhərlərdə təqdim edilib. Lakin COP29 konfransının əhatəli və emosional kontekstində bu təqdimat ilk dəfə baş tutur.

"Captain Boomer Collective" FINS təşəbbüsü tərəfindən Bakıya dəvət olunub. Bu tədbirin tərkibinə panel müzakirələr, film nümayişləri, təqdimatlar və iki foto sərgi keçirilir. Onlardan biri COP29-un Yaşıl Zonasında, FINS təşəbbüsünün pavilyonunda, digəri isə açıq havada - Bakı bulvarında keçirilən sərgidir. Bu tədbirlər dərin dəniz hasilatı və Norveçdə balina ovu, Farer adalarında delfin ovları, ildə 100 milyondan çox köpəkbalığının qanadlarının kəsilməsi və digər kritik məsələlər kimi dəniz həyatı üçün təhlükə yaradan aktual problemlərə həsr olunub. Balina instalyasiyasının daha dərin müzakirələrə səbəb olacağına və mesajımızın daha geniş auditoriyaya çatacağına inanırıq.

***

Xəzər dənizinin sahilində görüntülənən və müzakirələrə səbəb olan maket bundan əvvəl 2022-ci ildə Fransanın Bordo şəhərində Qaronna çayının sahilində görüntülənib. Təbii ölçüdə sahilə düşmüş kaşalot heykəli kəskin ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyıb. Belçika incəsənət kollektivi "Captain Boomer" tərəfindən hazırlanan qeyri-adi sənət instalyasiyası heyrətamiz reallıqla hazırlanıb. Rəssamlar heyvanın başının xarakterik forması, dərisindəki qırışlar və hətta dişləri də daxil olmaqla anatomik xüsusiyyətlərini dəqiqliklə yaradıblar.

Kaşalotlar dünya okeanında rast gəlinən ən böyük dişli balinalar hesab olunurlar. Möhtəşəm ölçülərinə baxmayaraq, bu əzəmətli məxluqlar su çirklənməsi, gəmilərlə toqquşma, balıqçılıq torlarına dolaşma və digər antropogen amillər səbəbindən nəsli kəsilmək təhlükəsi altındadır.

Onu da qeyd edək ki, "Captain Boomer" daha əvvəl London, Paris və digər şəhərlərdə "sahilə atılmış balinalar" kimi oxşar heykəllər nümayiş etdirib və hər dəfə ictimaiyyət arasında böyük rezonans yaradıb.

***

Bakı bulvarının ləpədöyənində nəhəng canlı tapılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:591
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Noyabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri