Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycan və Qazaxıstan arasında münasibətlər yüksək səviyyədə, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstana gerçəkləşdirdiyi indiki bu səfəri də, heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərin və əlaqələrin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində öz sözünü deyəcək".
Bu fikirləri Redaktor.az-a siyasi şərhçi Çingiz Şahbazi Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan səfərindən danışarkən bildirdi.
"Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada rəsmi qarşılanma mərasimi ilə qarşılanıb və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.
İki ölkə arasında təşkil olunmuş danışıqlar masası və “Yüksək Səviyyəli Dövlət Şurası” gündəmdədir.
Xatırlatmaq istəyirəm ki, keçən ilin mart ayında ilk iclasını keçirmiş şura öz işini davam edəcək.
Heç şübhəsiz ki, ölkələr arasında mövcud durum və perspektivlər ətrafında müzakirələr aparılacaq.