Icma.az
close
up
RU
Xəzər dənizində Qazaxıstan Azərbaycan birgə yeni layihələri böyük perspektivlər vəd edir

Xəzər dənizində Qazaxıstan Azərbaycan birgə yeni layihələri böyük perspektivlər vəd edir

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan və Qazaxıstan arasında münasibətlər yüksək səviyyədə, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstana gerçəkləşdirdiyi indiki bu səfəri də, heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərin və əlaqələrin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində öz sözünü deyəcək".

Bu fikirləri Redaktor.az-a siyasi şərhçi Çingiz Şahbazi Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan səfərindən danışarkən bildirdi.

"Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada rəsmi qarşılanma mərasimi ilə qarşılanıb və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb. İki ölkə arasında təşkil olunmuş danışıqlar masası və “Yüksək Səviyyəli Dövlət Şurası” gündəmdədir. Xatırlatmaq istəyirəm ki, keçən ilin mart ayında ilk iclasını keçirmiş şura öz işini davam edəcək. Heç şübhəsiz ki, ölkələr arasında mövcud durum və perspektivlər ətrafında müzakirələr aparılacaq. Qazaxıstan bizə qardaş ölkələr arasında yer alır və Türk Dövlətləri Təşkilatında (TDT) Azərbaycan və digər türk dövlətləri ilə birlikdədir. Səfərin vacibliyi və əhəmiyyəti bu baxımdan da diqqət mərkəzindədir. Görüş iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün də özünün əhəmiyyətini, effektivliyini təmin edir. Bu baxımdan iki ölkə arasında energetika və nəqliyyat-logistika sahələri, xüsusi olaraq və ümumilikdə ticarət dövriyyəsi ilə bağlı məsələlər müzakirə olunacaq. Həmçinin perspektivlər arasında sənaye-investisiya ekosistemin qurulması və əlavə dəyər yaradan əməkdaşlığa keçid sistemi nəzərdə tutulur. Bura rəqəmsal ticarət və logistik infrastruktur layihələri xüsusi olaraq daxildir. Bütün bunlar nəqliyyat-logistika və yük daşımaları istiqamətində iki ölkə arasında tranzit potensialı artırmaq məqsədi daşıyır. Orta Dəhliz çərçivəsində Azərbaycandan Qazaxıstana və geri daşımaların vaxtının və səmərəliliyinin artırılması məqsədilə həyata keçirilməsi planlaşdırılır".

Həmsöhbətimiz vurğuladı ki, Qazaxıstandan Azərbaycana neft ixracı və taxıl ixracı artmaqdadır:

"Bundan əlavə, digər sahələrdə göstəricilər hər il artan xətlə inkişaf edir və bu da iki ölkə arasında yüksək əməkdaşlığın və səmərəliliyin artmasından xəbər verir. Hazırda enerji və texnologiyalar, neft-kimya sənayesi, yaşıl enerji və hidrogen yanacağı üzrə əməkdaşlıq imkanları müzakirə olunur. Xəzər dənizində Qazaxıstan-Azərbaycan birgə yeni layihələrin qurulması istiqamətində tərəfdaşlıq səviyyəsində işlərin davam etdirilməsi böyük perspektivlər vəd edir. Həmçinin tarixi köklər və türkçülük ideyası iki ölkə arasında siyasi əməkdaşlığı genişləndirməkdədir. İlham Əliyevin də qeyd etdiyi kimi, “qardaş xalqlar” anlayışı hər zaman vacib məsələ olaraq öndədir. Bu baxımdan ortaq türkdilli köklər, tarix və mədəniyyət bağları əlaqələrin möhkəmləndirilməsi üçün möhkəm təməldir. Təhsil, elm və texnologiya, idman, media sahəsində birgə layihələrin gerçəkləşdirilməsi əməkdaşlığın müxtəlifliyini artırır. Regionda sabitlik, nəqliyyat və enerji təhlükəsizliyi və digər sahələrdə təhlükəsizliyin təmin edilməsi iki ölkə arasında ortaq prioritetdir və bu istiqamətdə koordinasiyalar hər zaman masadadır. Bütün bunları həyata keçirmək üçün iki ölkə arasında hüquqi baza var və bu istiqamətdə ortaq siyasət yürüdülür. 2005-ci ildən “Strateji Tərəfdaşlıq və Müttəfiqlik” sazişi mövcuddur və bu baxımdan Qazaxıstan -Azərbaycan münasibətləri bütün dönəmlərdə beynəlxalq platformalarda öz strateji müttəfiqliyi ilə fərqlənib. Bu baxımdan səfəri iki ölkə arasında münasibətləri sadəcə dostluq və qardaşlıq çərçivəsində deyil, həmçinin yeni əməkdaşlıq mərhələsi dönəminin açılması kimi dəyərləndirmək olar".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri