Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
“Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir”, - məlumatda deyilir.