Xəzərdə iki nəfər batdı Axtarış həyata keçirilir
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
“Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir”, - məlumatda deyilir.
Baxış sayı:96
Bu xəbər 19 Sentyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















