Xəzərdə kommersiya məqsədli balıq ovuna qadağanın müddəti uzadıldı | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat verir. Xəzəryanı ölkələr Xəzər dənizində nərə balıqlarının kommersiya məqsədli ovuna qoyulan
Modern.az xəbər verir ki, Bu barədə məlumatı Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi yayıb.
Qadağanın uzadılması qərarı Xəzər dənizinin su bioloji resurslarının qorunması və səmərəli istifadəsi məqsədilə Həştərxanda keçirilən Xəzər dənizinin su bioloji resurslarının idarə olunması üzrə Komissiyanın 8-ci sessiyasında qəbul edilib.
Sessiyada Xəzəryanı ölkələrin, yəni Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nümayəndələri iştirak ediblər.
Tərəflər 2025-ci ilə qədər nərə balıqlarının kommersiya məqsədli ovuna tətbiq edilən qadağanın davam etdirilməsi barədə razılığa gəliblər.
Eyni zamanda, gələn il üçün nərə balıqlarının kürü və ixracı ilə bağlı kvotaların təyin edilməməsi qərara alınıb.
Nərə balıqlarının ovlanması yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaltma işləri üçün mümkün olacaq.
Agentlik 2023-cü ildə Rusiya müəssisələrinin Xəzərə 34,5 milyon, Qazaxıstanın 1,9 milyon, Azərbaycanın isə 618,7 min ədəd nərə balığının körpəsini buraxdığını açıqlayıb.
Tam oxu
Xəbəri oxu