Icma.az
close
up
RU
Xəzərdə kommersiya məqsədli balıq ovuna qadağanın müddəti uzadıldı

Xəzərdə kommersiya məqsədli balıq ovuna qadağanın müddəti uzadıldı

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Xəzəryanı ölkələr Xəzər dənizində nərə balıqlarının kommersiya məqsədli ovuna qoyulan qadağanı 2025-ci ilə qədər uzatdı.

Modern.az xəbər verir ki, Bu barədə məlumatı Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi yayıb. Qadağanın uzadılması qərarı Xəzər dənizinin su bioloji resurslarının qorunması və səmərəli istifadəsi məqsədilə Həştərxanda keçirilən Xəzər dənizinin su bioloji resurslarının idarə olunması üzrə Komissiyanın 8-ci sessiyasında qəbul edilib. Sessiyada Xəzəryanı ölkələrin, yəni Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nümayəndələri iştirak ediblər.

Tərəflər 2025-ci ilə qədər nərə balıqlarının kommersiya məqsədli ovuna tətbiq edilən qadağanın davam etdirilməsi barədə razılığa gəliblər. Eyni zamanda, gələn il üçün nərə balıqlarının kürü və ixracı ilə bağlı kvotaların təyin edilməməsi qərara alınıb. Nərə balıqlarının ovlanması yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaltma işləri üçün mümkün olacaq.

Agentlik 2023-cü ildə Rusiya müəssisələrinin Xəzərə 34,5 milyon, Qazaxıstanın 1,9 milyon, Azərbaycanın isə 618,7 min ədəd nərə balığının körpəsini buraxdığını açıqlayıb.

Xəzər dənizinin su bioloji resurslarının qorunmasına dair razılaşma 2014-cü ilin sentyabrında imzalanıb və 2016-cı ilin yazında ratifikasiya olunaraq qüvvəyə minib. Bu razılaşma, komissiyanın qəbul etdiyi qərarların iştirakçı ölkələr üçün məcburi olduğunu bildirir. Komissiyanın ilk sessiyası 2017-ci ildə Bakıda keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Dekabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri