Xəzərdə təhlükəsizlik oyunu: Moskva və Tehranın hesabı nədir?

17.08.2026

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Xəzər hövzəsində təhlükəsizlik məsələlərinin gündəmə gəlməsi son insidentlərdən sonra region ölkələrinin daha həssas mövqe tutması ilə əlaqələndirilir. Bildirilir ki, narkotik qaçaqmalçılığı, qanunsuz balıq ovu və digər qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə onsuz da davam edir. Buna görə də təhlükəsizlik mövzusunun ön plana çıxarılması daha çox son hadisələrin təsiri ilə izah olunur. Bununla yanaşı, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın tam ratifikasiyasının enerji, nəqliyyat və iqtisadi layihələrin daha aydın hüquqi çərçivədə inkişafına mühüm töhfə verəcəyi vurğulanır.Xəzərin hüquqi statusunun tam rəsmiləşdirilməsi region ölkələri arasında enerji və nəqliyyat əməkdaşlığını nə dərəcədə gücləndirə bilər?Xəzərdə təhlükəsizlik mövzusunun yenidən aktuallaşması region ölkələrinin dəniz əməkdaşlığında hansı yeni mexanizmlərin yaradılmasını zəruri edə bilər?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uzun və gərgin danışıqlardan sonra 2019-cu ilin fevral ayında 5 Xəzəryanı dövlətin liderləri “Xəzərin hüquqi statusu haqqında Konvensiya”nı imzaladılar. Həmin Konvensiyada Xəzər hövzəsi ölkələri dənizin işlənməsi, ekoloji mühafizəsi, resurslarının istismarı, gəmiçilik və balıqçılıq, təhlükəsizlik kimi məsələlərdə birgə əməkdaşlıq edəcəklərini, maraqların uzlaşdırılmasını üzərlərinə götürdülər.

Ancaq İran tərəfi Xəzərin dibinin işlənməsi və hüquqi rejimi ilə bağlı elə əməkdaşlıq formatı təklif edir ki, bu, gələcəkdə müəyyən ziddiyyətlərə rəvac verə bilər:

“Məsələnin mahiyyəti ondan ibarətdir ki, Tehran rejimi dənizin dibinin bütün Xəzəryanı dövlətlərin konsensusu olmadan hər hansı işlənməsini, o cümlədən layihələri məqbul hesab etmir. Aydındır ki, Orta Dəhlizin aktuallaşması, Mərkəzi Asiya respublikalarının Qərb enerji bazarlarına can atması İranı da bu layihələrdə fəal iştiraka sövq edir. ABŞ-İran müharibəsi zamanı Hörmüzün bağlanmasına cavab olaraq Vaşinqtonun Oman körfəzini blokadaya alması İranı da alternativlər axtarmağa məcbur etdi”.

Politoloq bildirib ki, “Xəzərin statusu haqqında Konvensiya”ya görə sahil dövlətlər hərbi və təhlükəsizliklə bağlı da öhdəliklər götürüblər. Eyni zamanda müdafiə sahəsində də balans qorunmalıdır. Lakin Moskva və Tehran həmin Konvensiyadan irəli gələn bir sıra müddəaları pozurlar. Təhlükəsizlik məsələsinin aktuallaşdırılması, əslində, geostrateji dividendlər qazanmaq, İran-Rusiya cütlüyünün öz maraqlarını qorumaq və onlardan yan keçəcək qlobal layihələrə çıxış əldə etmək məqsədi daşıyır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью