Xəzərdə təhlükəsizlik oyunu: Moskva və Tehranın hesabı nədir?
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uzun və gərgin danışıqlardan sonra 2019-cu ilin fevral ayında 5 Xəzəryanı dövlətin liderləri “Xəzərin hüquqi statusu haqqında Konvensiya”nı imzaladılar. Həmin Konvensiyada Xəzər hövzəsi ölkələri dənizin işlənməsi, ekoloji mühafizəsi, resurslarının istismarı, gəmiçilik və balıqçılıq, təhlükəsizlik kimi məsələlərdə birgə əməkdaşlıq edəcəklərini, maraqların uzlaşdırılmasını üzərlərinə götürdülər.
Ancaq İran tərəfi Xəzərin dibinin işlənməsi və hüquqi rejimi ilə bağlı elə əməkdaşlıq formatı təklif edir ki, bu, gələcəkdə müəyyən ziddiyyətlərə rəvac verə bilər:
“Məsələnin mahiyyəti ondan ibarətdir ki, Tehran rejimi dənizin dibinin bütün Xəzəryanı dövlətlərin konsensusu olmadan hər hansı işlənməsini, o cümlədən layihələri məqbul hesab etmir. Aydındır ki, Orta Dəhlizin aktuallaşması, Mərkəzi Asiya respublikalarının Qərb enerji bazarlarına can atması İranı da bu layihələrdə fəal iştiraka sövq edir. ABŞ-İran müharibəsi zamanı Hörmüzün bağlanmasına cavab olaraq Vaşinqtonun Oman körfəzini blokadaya alması İranı da alternativlər axtarmağa məcbur etdi”.
Politoloq bildirib ki, “Xəzərin statusu haqqında Konvensiya”ya görə sahil dövlətlər hərbi və təhlükəsizliklə bağlı da öhdəliklər götürüblər. Eyni zamanda müdafiə sahəsində də balans qorunmalıdır. Lakin Moskva və Tehran həmin Konvensiyadan irəli gələn bir sıra müddəaları pozurlar. Təhlükəsizlik məsələsinin aktuallaşdırılması, əslində, geostrateji dividendlər qazanmaq, İran-Rusiya cütlüyünün öz maraqlarını qorumaq və onlardan yan keçəcək qlobal layihələrə çıxış əldə etmək məqsədi daşıyır.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 17 Avqust 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















