Xəzərdən Aralıq dənizinə təhlükəsizlik körpüsü | Icma.az
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Şərqi Aralıq dənizi – 2025” təlimi hərbi donanmamızın gücünü nümayiş etdirir Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz – 2025” (Şərqi Aralıq dənizi – 2025) dəvət təlimi keçirilib.
Təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-ın terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Dəvət təliminə 19 ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.
Qeyd etmək lazımdır ki, dəvət təlimi bu il həm miqyası, həm iştirakçıların tərkibi, həm də verdiyi siyasi mesajlarla regionun diqqət mərkəzinə çevrildi.
Şərqi Aralıq dənizi uzun illərdir geosiyasi maraqların kəsişdiyi, böyük güclərin nüfuz savaşı apardığı bir məkan hesab olunsa da, bu dəfə diqqətçəkən başqa bir nüans vardı.
Bu da Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin dünyanın ən təcrübəli hərbi kontingentləri ilə çiyin-çiyinə təlimdə iştirak etməsi idi.
Tam oxu
Xəbəri oxu