Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Bu gün Xocalı faciəsinin 33-cü ildönümüdür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini işğal edərək dinc əhaliyə qarşı amansız qətliam törədiblər.
Həmin gecə 2500 Xocalı sakini Ağdam şəhərinə doğru hərəkət edərək qaçmağa cəhd edib.
Amma pusquda dayanan erməni silahlı dəstələri dinc insanları odlu silahdan atəşə tutublar.
Rəsmi məlumatlara görə, Xocalı şəhərinin qanunsuz erməni silahlı birləşmələri tərəfindən işğalı, dövlət və şəxsi əmlakın dağıdılması və talanması nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon dollar məbləğində ziyan dəyib.
2005-2009-cu illərdə Xocalı İstintaq qrupuna rəhbərlik edən, keçmiş hərbi prokuror İlham Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, 1992-ci ildə Xocalıda Srebrenitsada olduğu kimi soyqırım törədilib.
Onun sözlərinə görə, Xocalıda beynəlxalq konvensiyalara uyğun, soyqırımı kimi təsnif edilməsinə imkan verən qanlı hadisə baş verib: ”Xocalı qətliamından 33 il ötsə də, bu faciənin acısı indi də hər birimizin qəlbində təzədir.
Xocalıda 613 müdafiəsiz Azərbaycan vətəndaşı, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq xüsusi amansızlıqla öldürülüb.