Icma.az
close
up
RU
Xocalı İstintaq Qrupunun rəhbərindən ŞOK AÇIQLAMA: “Köçəryan və Sərkisyan etiraf edib ki…” KONKRET

Xocalı İstintaq Qrupunun rəhbərindən ŞOK AÇIQLAMA: “Köçəryan və Sərkisyan etiraf edib ki…” KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Xocalı faciəsinin 33-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini işğal edərək dinc əhaliyə qarşı amansız qətliam törədiblər. Həmin gecə 2500 Xocalı sakini Ağdam şəhərinə doğru hərəkət edərək qaçmağa cəhd edib. Amma pusquda dayanan erməni silahlı dəstələri dinc insanları odlu silahdan atəşə tutublar. Rəsmi məlumatlara görə, Xocalı şəhərinin qanunsuz erməni silahlı birləşmələri tərəfindən işğalı, dövlət və şəxsi əmlakın dağıdılması və talanması nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon dollar məbləğində ziyan dəyib.

2005-2009-cu illərdə Xocalı İstintaq qrupuna rəhbərlik edən, keçmiş hərbi prokuror İlham Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, 1992-ci ildə Xocalıda Srebrenitsada olduğu kimi soyqırım törədilib. Onun sözlərinə görə, Xocalıda beynəlxalq konvensiyalara uyğun, soyqırımı kimi təsnif edilməsinə imkan verən qanlı hadisə baş verib:

”Xocalı qətliamından 33 il ötsə də, bu faciənin acısı indi də hər birimizin qəlbində təzədir. Xocalıda 613 müdafiəsiz Azərbaycan vətəndaşı, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq xüsusi amansızlıqla öldürülüb. Biz hesab edir ki, Xocalıda baş verənlər 1949-cu il Cenevrə Konvensiyasının, eləcə də BMT-nin Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının, Mülki və Siyasi Hüquqlar haqqında Paktın, İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara qarşı Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda baş verənlər hərbi və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilib. Bu günə kimi 18 ölkənin parlamenti və ABŞ-ın 24 ştatının parlamenti Xocalı hadisələrini pisləyən və soyqırım kimi tanıyan qətnamələr qəbul edib. Qırğın qurbanları arasında qarınları yarılmış, çoxunun başları kəsilmiş və ya diri-diri yandırılmış hamilə qadınlar da olub. Həmin vaxt çəkilən şəkillər və fotoşəkillər qırğınların miqyasını ortaya qoyur. Məhkəmə ekspertizasının nəticələri və şahid ifadələri Xocalı sakinlərinin baş dərisinin soyulması, burnunun, cinsiyyət orqanlarının kəsilməsi, gözlərinin çıxardılması kimi inanılmaz işgəncələrə məruz qaldığını əyani şəkildə sübut edir. Xocalı hadisələri ilə bağlı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən başlanmış istintaq müəyyən nəticələr çıxarsa da, bir sıra sübutlar toplasa da, proses hələ də davam edir. Bu günə qədər bu işdə 30 mindən çox adam ifadə verib. Təxminən 28 500 nəfər zərərçəkmiş və ya qurbanların hüquqi varisləri kimi tanınıb. Azərbaycan Prokurorluğu qətliamda iştirak edən 40 nəfərin adını müəyyən edib. Onların Azərbaycan Cinayət Məcəlləsinin “soyqırım”, “insanların məcburi köçürülməsi” və “işgəncə” kimi cinayətlər üzrə istintaqa cəlb olunması qərara alınıb”.

Daha sonra İlham Məmmədov əlavə edib ki, Xocalıda törədilən cinayət ideoloji mərkəzdən idarə olunub. Ona görə də, Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan Xocalıda baş verənlərə görə birbaşa məsuliyyət daşıyırlar və cavab verməlidirlər: “Üstəlik, həmin vaxt ərazidə olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının komandirləri də qırğında bilavasitə iştirak ediblər və onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Xocalıda törədilmiş cinayətlərin nəticələri bizə bu faciəni soyqırım kimi qələmə vermək üçün hüquqi əsas verir. Planlaşdırma, mülki əhalinin hədəfə alınması, milli-etnik motivlər, müdafiəsiz insanların qətlə yetirilməsi kimi məqamlar Xocalıda baş verənləri soyqırım kimi qələmə verməyə imkan yaradır. Xocalıda törədilən cinayətə ideoloji mərkəzdən nəzarət olunması etiraf edilib. Ermənistanın keçmiş siyasi liderləri etiraf ediblər ki, cinayəti məhz oradakı insanların azərbaycanlı olduqları üçün törədiblər”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri