Xocalı şəhəri yenidən qurulur | Icma.az
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu il bəşər tarixində ən qanlı cinayət sayılan Xocalı soyqrımının törədilməsindən 33 il keçir.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan və Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermişdir.
Bu dəhşətli, dünyada qəddarlığına görə tayı- bərabəri olmayan soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.
Faciədə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür.
Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı Soyqrımına yalnız Ümummilli lider Heydər Əliyev 1993- cü ildə xalqın arzu , istək və təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra hüquqi-siyasi qiymət verilmişdir.
Ulu öndər Xocalı soyqrımı haqqında fikirlərini belə ifadə etmişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
Tam oxu
Xəbəri oxu