Icma.az
close
up
RU
Xocalı şəhəri yenidən qurulur

Xocalı şəhəri yenidən qurulur

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu il bəşər tarixində ən qanlı cinayət sayılan Xocalı soyqrımının törədilməsindən 33 il keçir. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan və Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermişdir. Bu dəhşətli, dünyada qəddarlığına görə tayı- bərabəri olmayan soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Faciədə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı Soyqrımına yalnız Ümummilli lider Heydər Əliyev 1993- cü ildə xalqın arzu , istək və təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra hüquqi-siyasi qiymət verilmişdir. Ulu öndər Xocalı soyqrımı haqqında fikirlərini belə ifadə etmişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür". Məhz ulu öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü” haqqında qərar qəbul etdi, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı.Ümummilli lider Heydər Əliyev deyirdi “Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Məhz Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində məqsədyönlü işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Dövlət başçımızın söylədiyi kimi, xalqımız Xocalıda törədilən bu vəhşiliyi unutmur və heç vaxt unutmayacaq. Ölkəmizdə və ölkə xaricində Xocalı Soyqırımı bütün dünyaya tanıtmaq üçün daim geniş miqyaslı tədbirlər həyata keçirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə fəaliyyəti danılmazdır. Onun təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Bu kompaniya dəhşətli Soyqrımın bütün dünyada tanıdılması istiqamətdə atılan ən önəmli addımlardandır. Məhz “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul etmişdir.

Ümummilli liderimiz Heydər Əliyev söyləyirdi ki, Xocalı faciəsinin cavabını verəcəyik, şəhidlərin qanının yerdə qalmaması gününü görəcəyik, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edəcəyik. Ulu öndərin söylədiyi kimi də oldu. 27 sentyabr 2020-ci ildə başlamış və 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğal altında qalan torpaqlarımızı azad etməklə tarixi zəfər əldə etdi.Ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa edildi. Misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz yenilməz sərkərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının da qisasını aldı.Xocalı soyqırımının və xalqımıza qarşı törədilən bir çox cinayətlərin təşkilatçıları və rəhbərləri də Prezident İlham Əliyev uğurla zamanın tələblərinə uyğun olaraq davam etdirdiyidüşünülmüş siyasət nəticəsində həbs olunaraq Bakıya gətiriliblər. Bu gün onların məhkəməsi gedir və onlar törətdikləri cinayətlərə, vəhşiliklərə görə layiqli cəzalarını alacaqlar.

Hazırda işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Xocalıda da geniş quruculuq işləri aparılır. Xocalı şəhəri də yenidən qurulur və artıq onlarla ailə bu şəhərdə məskunlaşmışdır və proses uğurla davam edir. İşgaldan azad edilmiş ərazilərdə aparılan planlı, geniş quruculuq işləri deməyə əsas verir ki, qısa zamanda bu ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri