Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindən biridir | Icma.az
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xocalı faciəsi XX əsrin sonunda Azərbaycan xalqına qarşı ermənilər tərəfindən həyata keçirilmiş ən qanlı soyqırım aktıdır.
Birinci Qarabağ müharibəsinin gedişində erməni cəlladları Azərbaycan xalqının mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalını daha asan və müqavimətə rast gəlmədən reallaşdırmaq üçün bu cür qanlı qırğınlar törədiblər.
Bu baxımdan erməni cəlladları və şovinistləri 1990-cı illərin əvvəllərindən başlayaraq xalqımıza qarşı qanlı qətliamlar, terror və soyqırımı aktlarını həyata keçirib.
Ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri hesab edilir.
Bu soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir.
Həmin faciə təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir.
Düşmənçilik, ərazi iddiaları, təcavüz, terror, soyqırımı ermənilərin xain xislətinin əlamətləridir.
Tam oxu
Xəbəri oxu