Icma.az
close
up
RU
Menu

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Zəfər Gününə həsr olunan fləş mob Video

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

Uşaqlıq xatirələri həyatımıza yön verir

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindən biridir

Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindən biridir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xocalı faciəsi XX əsrin sonunda Azərbaycan xalqına qarşı ermənilər tərəfindən həyata keçirilmiş ən qanlı soyqırım aktıdır. Birinci Qarabağ müharibəsinin gedişində erməni cəlladları Azərbaycan xalqının mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalını daha asan və müqavimətə rast gəlmədən reallaşdırmaq üçün bu cür qanlı qırğınlar törədiblər. Bu baxımdan erməni cəlladları və şovinistləri 1990-cı illərin əvvəllərindən başlayaraq xalqımıza qarşı qanlı qətliamlar, terror və soyqırımı aktlarını həyata keçirib. Ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri hesab edilir. Bu soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Həmin faciə təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir.

Düşmənçilik, ərazi iddiaları, təcavüz, terror, soyqırımı ermənilərin xain xislətinin əlamətləridir. Tarixdən məlumdur ki, ermənilər bu ərazilərin sakinləri deyil, onlar əzəli Azərbaycan torpaqlarına sonradan və çirkin məqsədlərlə köçürülüblər. Bu, elə də uzaq tarix deyil, yaxın 200 ili əhatə edir. İlk gündən Azərbaycan torpaqları hesabına uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşayıblar. Həmin yalançı iddia, təcavüzkar siyasət minlərlə dinc sakinin ölümünə, yaşadıqları ərazidən qovulmasına səbəb olublar. Hər zaman tarixdə yaranmış boşluqları özləri üçün fürsət bilib qanlı cinayətlərə əl atıblar.
Erməni faşizminin bütün insanlıq üçün son dərəcə təhlükəli olan vəhşi xislətini nümayiş etdirən Xocalı qətliamı xüsusi qəddarlığı, vəhşiliyi və amansızlığı ilə seçilir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş bu qanlı cinayət Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən birinə çevrildi. İkinci bir tərəfdən xalqımıza qarşı törədilmiş bu soyqırımı təkcə erməni şovinizminin deyil, eyni zamanda, indiyədək bütün bu vəhşilikləri törədənlərə havadarlıq edən bəzi Qərb dövlətlərinin, qlobal güc mərkəzlərinin də maskalarının yırtılmasına səbəb oldu. Məhz bu qüvvələrin gərgin səyləri nəticəsində uzun müddət Xocalı qətliamının əsl mahiyyəti, baş vermiş faciənin həqiqi miqyası və erməni vəhşiliklərinin nəticələri dünya ictimaiyyətinə pərdələnmiş şəkildə təqdim olundu. Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmaq üçün uzun illər həm göz önündə olan düşmənlə, həm də möhtəşəm yalanlarla mübarizə aparmalı oldu. İlk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Həmin qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bu gün də Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən bu siyasətin bariz nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Pakistan, Sudan, Meksika, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada isə hər il Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı getdikcə artır.
Azərbaycanın milli dövlətçiliyin son illərdə inkişaf, intibah və qələbə mərhələlərini əks etdirməklə ən şərəfli tariximiz olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bütün ərazilərində suverenliyi bərpa edərək dünya çapında öz sözünü deyən çox nadir dövlətlərdən birinə çevrilib. Xalqımızı gələcəkdə daha böyük uğurlar və zirvələr gözləyir. İndi artıq əminliklə demək olar ki, Qarabağ probleminə dəmir yumruqla son nöqtəni qoyan, iki əsrlik problemi həll etmiş Azərbaycan dövləti tezliklə azad edilmiş əraziləri cənnət məkana çevirəcək.

Elşən Əzizov
YAP Saatlı rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see293

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see286

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see280

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see274

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see247

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see230

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see225

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see224

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see221

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see216

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see209

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see207

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see206

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see200

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see198

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see190

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see188

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see186

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see183

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri