Saglamolun saytına istinadən Icma.az xəbər verir. “Nikahda kəramət var” – deyirlər.
Doğurdan da yeni evlənən gənclər bir-birilərini elə sevirlər ki, xətalarını görmürlər.
Hər iki tərəf də qarşısındakının xətrinə dəyməmək , xoşbəxt etmək üçün sanki çırpınır.
Elə isə, səadətinizin təməli olan bu xoşbəxt günləri bacardığınız qədər qorumağa çalışın.
Yerli-yersiz göz yaşları, günlərlə davam edən küsülülüklər ilk vaxtlar həyat yoldaşınızın diqqətini cəlb etsə də, vaxt keçdikcə bütün bunlara alışacağı üçün silahınız əvvəlki kimi təsir göstərməyə bilər.
Necə deyərlər: “Artıq naz aşiq usandırar”. Evliliyinizin bu ilk və ən gözəl günlərində “yersiz nazla aşiqinizi usandırmaq” əvəzinə gözəl key
Evləndikdən sonra xoşbəxt olmaq üçün nişanlılıq dövündə bir-birinizlə necə davrandığınızı unutmamalısınız.
Evlənməzdən əvvəl nişanlınız üçün nələr etdiyinizi xatırlamağa çalışın.