Icma.az
close
up
RU
Xoşbəxt nikahın sirrləri

Xoşbəxt nikahın sirrləri

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

“Nikahda kəramət var” – deyirlər. Doğurdan da yeni evlənən gənclər bir-birilərini elə sevirlər ki, xətalarını görmürlər.

Hər iki tərəf də qarşısındakının xətrinə dəyməmək , xoşbəxt etmək üçün sanki çırpınır. Elə isə, səadətinizin təməli olan bu xoşbəxt günləri bacardığınız qədər qorumağa çalışın. Yerli-yersiz göz yaşları, günlərlə davam edən küsülülüklər ilk vaxtlar həyat yoldaşınızın diqqətini cəlb etsə də, vaxt keçdikcə bütün bunlara alışacağı üçün silahınız əvvəlki kimi təsir göstərməyə bilər. Necə deyərlər: “Artıq naz aşiq usandırar”. Evliliyinizin bu ilk və ən gözəl günlərində “yersiz nazla aşiqinizi usandırmaq” əvəzinə gözəl keyfiyyətiniz, ağıllı davranışlarınızla onun qəlbini fəth etməlisiniz.

Evləndikdən sonra xoşbəxt olmaq üçün nişanlılıq dövündə bir-birinizlə necə davrandığınızı unutmamalısınız. Evlənməzdən əvvəl nişanlınız üçün nələr etdiyinizi xatırlamağa çalışın. O sizi, iş görərkən geyindiyiniz çirkli, yemək iyi gələn paltarla görmüşdümü? Saçınız daranmamış çıxmışdınızmı qarşısına? Tam əksinə, onun gözünə gözəl görünmək üçün həmişə baxımlı, səliqəli olmağa çalışırdınız. Onu düşünməkdən yorulmadığınız,  görər-görməz qəlbinizin çırpıntılarına mane ola bilmədiyiniz o gözəl günlərinizdə tez-tez görüşmək üçün bir fürsət axtarırdınız. Gözəl sözlər, aynaya baxanda onun gözünə necə göründüyünüzü düşünərək özünüzə səliqə- səhman vermək, sevincinizə sevinc qatırdı. Xatırladınız deyilmi? Bəs indi? Həmişəkindən daha çox ehtiyacınız olduğu halda , bu gözəl davranışlarınıza niyə nöqtə qoydunuz? Yoxsa, xoşbəxtlikdən, səadətdən, sevincdən imtina edirsiniz? Bəlkə nəyisə gözləyirsiniz? Bəlkə "məni beləcə, olduğum kimi qəbul etsin”, deyərək işin asanına qaçırsınız? Ancaq düşünün ki, o sizi olduğunuz kimi deyil, göründüyünüz kimi sevmişdi.

İndi bu xoşbəxtliyin davamı üçün siz də göründüyünüz kimi olmalısınız. Bəli, həyat yoldaşınızı həmişə gülər üzlə, şirin sözlə qarşılamağa tənbəllik etməyin. Onunla evinizin daimi qonağı kimi davranın, eyniylə nişanlı olduğunuz günlərdəki kimi çıxın qarşısına. Elə olsun ki, bu xoşbəxt qonaq qapıdan içəri addım atar-atmaz bütün yorğunluğunu, problemlərini unudacağına, öz isti yuvasından başqa heç bir yerdə rahat ola bilməyəcəyinə inansın.

Ona göndərmək istədiyiniz mesajı, söyləmək istədiyiniz gözəl bir sözü gecikdirməyin. “Əvvəlcə o başlasın” deyə gözləməyin. Onu nə qədər çox sevdiyinizi söyləməkdən çəkinməyin. Və xoşbəxt ola bilmək üçün xoşbəxt etməkdən usanmayın.

Sevda Xəlilova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Pcc.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Noyabr 2024 05:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri