News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Hər kəs xoşbəxt olmaq istəyir.
Yeni ilin başlanğıcında isə bu, əsas arzuya çevrilir.Ancaq xoşbəxtlik asanlıqla əldə edilmir və o, əbədi olmur.
Bununla belə yeni ildə xoşbəxt günlərin, anların çox olması üçün səylə çalışmalıyıq.Nədən başlamalıyıq?Xoşbəxtliyin bəlli bir resepti yoxdur.
Amma ümumi bir yanaşma mövcuddur. Məsələn, psixoloqlar hesab edir ki, xoşbəxt günlərin, anların sayını daha çox etmək üçün ilk növbədə yaxın
Sevdiklərimizlə daha çox vaxt keçirməliyik. Çünki sevdiyimiz insanlar bizə daha çox pozitiv enerji verir.
Elm sübut edib ki, dostluğun hər yaşda insan üçün böyük faydaları var.
Bu, həm fiziki, həm də əqli sağlamlığa kömək edir.Bu mənada yaşlandıqca dostlar bizim üçün xoşbəxtlik mənbəyinə çevrilə bilər.
Ona görə də yaşlı insanların sosial dairələrini daraldıb gəncliyindən tanıdıqlarına üstünlük vermələri daha yaxşıdır.Həm də uzun müddətli dostluqlar çox zaman öhdəliyə əsaslanan ailə münasibətlərindən çox fərqlidir… Ona görə də möhkəm dostluqlar psixi sağlamlığı və idrak funksiyasını qorumağa kömək edir.Sevincinizi dostlarınızla paylaşınƏlaqələri təzələmək də əsl dostluğun əlamətidir.