Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib

18.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İspaniyalı mütəxəssis Xosep Qvardiola Səudiyyə Ərəbistanından aldığı bir neçə təklifi nəzərdən keçirməkdən imtina edib.

Bakıvaxtı.az  "Sport" nəşrinə istinadən xəbər verir ki, bu barədə 55 yaşlı məşqçinin agenti Xosep Mariya Orovits açıqlama verib.

Onun sözlərinə əsasən, son günlər vasitəçilər Qvardiolaya Səudiyyə Ərəbistanından bir neçə təklif çatdırıblar. Lakin baş məşqçi bu təklifləri müzakirə etmək istəməyib.

Agent bildirib ki, Qvardiola gələcək karyerası ilə bağlı qərarını növbəti mövsümün startınadək müzakirə etməyi planlaşdırmır.

Daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu və ölkənin Futbol Federasiyasının təcrübəli mütəxəssisin xidmətində maraqlı olduğu barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Qvardiola 2026-cı ilin yayında "Mançester Siti"dən ayrılıb. O, 2016-cı ildən etibarən çalışdırdığı İngiltərə klubu ilə 6 dəfə Premyer Liqanın qalibi olub, 2023-cü ildə isə UEFA Çempionlar Liqasını qazanıb. Mütəxəssis karyerası ərzində "Barselona" və "Bavariya" klublarına da rəhbərlik edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью