Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
İspaniyalı mütəxəssis Xosep Qvardiola Səudiyyə Ərəbistanından aldığı bir neçə təklifi nəzərdən keçirməkdən imtina edib.
Bakıvaxtı.az "Sport" nəşrinə istinadən xəbər verir ki, bu barədə 55 yaşlı məşqçinin agenti Xosep Mariya Orovits açıqlama verib.
Onun sözlərinə əsasən, son günlər vasitəçilər Qvardiolaya Səudiyyə Ərəbistanından bir neçə təklif çatdırıblar. Lakin baş məşqçi bu təklifləri müzakirə etmək istəməyib.
Agent bildirib ki, Qvardiola gələcək karyerası ilə bağlı qərarını növbəti mövsümün startınadək müzakirə etməyi planlaşdırmır.
Daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu və ölkənin Futbol Federasiyasının təcrübəli mütəxəssisin xidmətində maraqlı olduğu barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Qvardiola 2026-cı ilin yayında "Mançester Siti"dən ayrılıb. O, 2016-cı ildən etibarən çalışdırdığı İngiltərə klubu ilə 6 dəfə Premyer Liqanın qalibi olub, 2023-cü ildə isə UEFA Çempionlar Liqasını qazanıb. Mütəxəssis karyerası ərzində "Barselona" və "Bavariya" klublarına da rəhbərlik edib.
Baxış sayı:91
Bu xəbər 18 Noyabr 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















