Xoşxassəli və bədxassəli şişlərin FƏRQLƏRİ | Icma.az
Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Bütün şişlər xoşxassəli və bədxassəli şişlərə ayrılır.
Bu şişləri bir birindən fərqləndirən müxtəlif əlamətlər var. 1.
Xoşxassəli şişlərin hüceyrələri quruluş və funksiyalarına görə normal (sağlam) hüceyrələrə bənzəyir.
Saglamolun.az bildirir ki, bədxassəli şişlərin hüceyrələri orqanizmin sağlam hüceyrələrindən ciddi fərqlənirlər.
Bəzən bu fərq o dərəcədə çox olur ki, mikroskop altında bu şiş hansı toxuma və ya orqandan inkişaf etməsini müəyyən etmək mümkün olmur.
Bu ondan izah olunur ki, bədxassəli şişlərin hüceyrələri böyük sürətlə bölünür və bu səbəbdən normal hüceyrələrə hətta bənzəməyə "çatdırmırlar".
Şiş hüceyrələri adətən "eybəcər" olur və bir birinə bənzəmirlər. 2.
Xoşxassəli şişlər adətən asta böyüyür və ətrafda olan toxuma və orqanları sanki "aralayır".
Tam oxu
Xəbəri oxu