Icma.az
close
up
RU
Xoşxassəli və bədxassəli şişlərin FƏRQLƏRİ

Xoşxassəli və bədxassəli şişlərin FƏRQLƏRİ

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bütün şişlər xoşxassəli və bədxassəli şişlərə ayrılır. Bu şişləri bir birindən fərqləndirən müxtəlif əlamətlər var.

1. Xoşxassəli şişlərin hüceyrələri quruluş və funksiyalarına görə normal (sağlam) hüceyrələrə bənzəyir.

Saglamolun.az bildirir ki, bədxassəli şişlərin hüceyrələri orqanizmin sağlam hüceyrələrindən ciddi fərqlənirlər. Bəzən bu fərq o dərəcədə çox olur ki, mikroskop altında bu şiş hansı toxuma və ya orqandan inkişaf etməsini müəyyən etmək mümkün olmur. Bu ondan izah olunur ki, bədxassəli şişlərin hüceyrələri böyük sürətlə bölünür və bu səbəbdən normal hüceyrələrə hətta bənzəməyə "çatdırmırlar". Şiş hüceyrələri adətən "eybəcər" olur və bir birinə bənzəmirlər.

2. Xoşxassəli şişlər adətən asta böyüyür və ətrafda olan toxuma və orqanları sanki "aralayır". Bədxassəli şişlər isə sürətlə böyüyür və ətrafdaki orqan və toxumaların  içərisinə keçir (infiltrasiya edir). Görünüşünə görə yarma zamanı bədxassəli şiş xərçəngin ayaqlarına bənzəyir. Məhz bu səbəbdən xəstəlik "xərçəng" adı ilə tanınır.

3. Bədəxassəli şiş böyüdükdə onun hüceyrələri qoparır və qan və ya limfa axını ilə  digər orqanlara yayıla bilir. Nəticədə burada ikincili şiş inkişaf etməyə başlayır. Yalnız bədxassəli şişlər metastazlar verir. Xoşxassıli şişlərə bu proses xas deyil.

Əsas metastazvermə yolları:

- Limfogen (limfatık damarlarla limfanın axını ilə). Bu ən tez-tez təsadüf edilən metastazvermə yoludur. Limfatik düyünlər orqanizm üçün yad olan bütün mikroblar, infeksiyalar, yad cisimlər və, o cümlədən, şiş hüceyrələri üçün maneə rolunu oynayır. Bu düyünlərə düşən yad cisimlər burada saxlanılır və tədricən makrofaq hüceyrələri (leykositlərin növü) tərəfindən məhv edilir. Lakin xərçəng hüceyrələri çox olduqda limfatik düyünlər bunların öhdəsindən gələ bilmir və nəticədə bu hüceyrələr müxtəlif orqanlara yayılır. Nəzərinizə çatdıraq ki, bizim orqanizmimizdə daim xərçəng hüceyrələri əmələ gəlir və bizim immun sistemimiz onlarla daim mübarizə aparır.

- Homogen (qanın axını ilə). Xərçəng hüceyrələri kapilyar və qan damarlarına düşür. Hər bir şiş müxtəlif üsulla yayılır. Lakin bəzi şişlər orqanizmdə hər bir "istiqamətdə"  yayıla bilirlər. Misal üçün, sümüklərin şişləri daha tez-tez ağ ciyərlərə, bağırsaq şişi qara ciyərə metastaz verir.

- İmplantasion üsul (seroz qişa ilə). Bədxassəli şişin hüceyrələri orqanın bütün divarlarını keçərək seroz qişası ilə örtülmüş qarın və ya döş boşluğuna düşə bilər. Burada seroz qişası ilə hüceyrələr hərəkət edir (miqrasiya edir).

4. Residivləşmə. Hətta bədxassəli şiş əməliyyat zamanı  tam xaric edildikdə belə, qalmış ayrı-ayrı xərçəng hüceyrələri vaxt keçdikcə yenidən xərçəng şişi əmələ gətirə bilir. Buna xərçəngin "residivləşməsi" (yenidən qayıdması) deyilir. Bütün bədxassəli şişlər residivləşə bilirlər. Xoşxassəli şişlərdən yalnız "əsas" olanlar yenidən əmələ gələ bilirlər. Onu da nəzərinizə çatdıraq ki, xoşxassəli şişlər bəzən bədxassəli şişlərə çevrilə bilir. Məsələn, uzun illər ərzində dəridə olan xoşxassəli şiş (lipoma, papilloma və s.) tez-tez zədələdikdə (paltardan, ülgücdən və s.) bədxassəli şişə (dəri xərçəngi - "melanoma") çevrilə bilər. Bu proses "maliqnizasiya" adlandırılır.

5. Xoşxassəli şişlər yerli təsir edir - narahatçılıq, bəzən ağrı verir, sinirləri, damarları, ətrafdakı orqanları sıxırlar. Yalnız istisna hallarda belə şişlər insanın ölümünə səbəb ola bilər.

Bədxassəli şişlər isə ölümün səbəbi kimi dünyada 2-ci yer tutur. Bu şişlər intoksikasiyaya səbəb olub xəstəni kaxeksiya (həddən artıq arıqlama) vəziyyətinə qədər çatdıra bilir. Bu niyə baş verir?

- Xərçəng şişinin hüceyrələri çox sürətlə bölünür və inkişaf edirlər. Bu prosesə orqanizmə daxil olan qidalı maddələrin (qlükoza, aminoturşular və s.) bir çox hissəsi sərf olunur. Təbii ki, nəticədə sağlam toxumalara "qida" çatmır. Xəstə zəiflik, süstlük hiss edir, sürətlə arıqlayır.

- Sürətlə böyüməkdə olan şişin mərkəzi bir müddətdən sonra məhv olur (nekroz) və külli miqdarda olan ölmüş xərçəng hüceyrələri qana sovrularaq orqanizmi zəhərləməyə başlayır (intoksikasiya verir). Xəstənin rəngi ağarır, iştahası itir, həyata olan maraq azalır.

Orqanizmdə olan zədə və heceyrələrin məhv olunması iltihabi reaksiyaya səbəb olur. Nekroz ətrafında iltihab yaranır. Bu səbəbdən ağır xərçəng xəstələrində tez-tez hərarət qalxır.

6. Xoşxassəli şişlər insanda ağrıya səbəb ola bilər. Lakin bədxassəli şişlər bəzi xəstələrdə o dərəcədə güclü ağrılara səbəb olurlar ki, belə ağrıları yalnız narkotik vasitələrinin  köməyilə aradan qaldırmaq mükün olur.

Mənbə: http://www.happydoctor.ru

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:368
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri