Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənilərin 600 illik yalanını ifşa edən qədim xəritə və mənbələr" adlı veriliş hazırlanıb.
Verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə ermənilərin 600 illik yalanını ifşa edən qədim xəritə və mənbələrdən danışıb.
O bildirib ki, 1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib: "Orada Ermənistan adı və ya erməni adları yoxdur.
Mappomundoda Xəzər dənizinin qərbində olan yer adları hamısı azərbaycanca verilib.
15-ci əsrdə yezuid keşişi Fra Mauro yer adlarını Azərbaycan dilində verib.
Türk sərkərdəsi Əmir Teymurun sarayında olan ispan səfirinin Qafqaz qeydlərində Azərbaycan adları çəkilir.
Əmir Teymura həsr olunan Zəfərnamələrdə Azərbaycanın yer adları qeyd olunub.