Icma.az
close
up
RU
Xronika: 1459 cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib

Xronika: 1459 cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənilərin 600 illik yalanını ifşa edən qədim xəritə və mənbələr" adlı veriliş hazırlanıb.

Verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə ermənilərin 600 illik yalanını ifşa edən qədim xəritə və mənbələrdən danışıb.

O bildirib ki, 1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib: "Orada Ermənistan adı və ya erməni adları yoxdur. Mappomundoda Xəzər dənizinin qərbində olan yer adları hamısı azərbaycanca verilib. 15-ci əsrdə yezuid keşişi Fra Mauro yer adlarını Azərbaycan dilində verib. Türk sərkərdəsi Əmir Teymurun sarayında olan ispan səfirinin Qafqaz qeydlərində Azərbaycan adları çəkilir. Əmir Teymura həsr olunan Zəfərnamələrdə Azərbaycanın yer adları qeyd olunub. Onun sözlərinə görə, Zəngəzur haqqında yazan 15-ci əsr səyyahı azərbaycanlıların adətlərindən, yaşamından yazıb: "Erməniyyə ifadəsi ilə Ermənistan sözünü eyniləşdirmək olmaz. Roma coğrafi nomenklaturasında işlənən Armeniyanın ermənilərə aidiyyəti yoxdur. Qərbi Azərbaycan-Şərqi Anadolu ayrılmaz bir coğrafiyanın tərkib hissəsi olub. Polibi e.ə II əsrdə türk adlarını qeyd edib, amma erməni ifadəsi işlətməyib. Qafqazda Armeniya adı qeyd olunan qədim mənbə yoxdur. Erməni tarixini ancaq əfsanələr bilən keşişlər yazıb. Erməni keşişləri tarix bilmirdilər. Erməni keşişləri eşitdikləri nağılları tarix kimi yazıblar".

R.Əlizadə Əmir Teymurun Azərbaycan ərazisində niyə Qarabağda məskunlaşmasına və Anadoluda Rusiya nümayəndəsinə yaxınlaşan ermənilərin ona nə dediyinə də aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri