Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənistan tarixini XVIII əsrdə mxitaristlər uydurublar" adlı veriliş efirə gedib.
Verilişdə tarix elmlər doktoru, professor Qasım Hacıyev erməni dövlətçilyi tarixinin saxta olmasından, yalnız rusların köməyi ilə erməni dövlətinin yaranmasından söz açıb.
Bildirilib ki, ermənilərin Əhəmənilər dövlətində canişinlikləri ləğv olunandan sonra heç bir ərazidə dövlətləri olmayıb.
Onun sözlərinə görə, Ermənistan tarixini XVIII əsrdə mxitaristlər uydurublar: "XIX əsrin əvvəllərində ermənilər Avropada qapı-qapı düşüb vətən yaratmaq xahişi edirdilər.
Ermənilərə vətən, Rusiyaya şərq siyasəti lazım idi, ona görə haylar Qafqaza köçürüldülər.
Rus imperiyası ermənilərdən bu məqsədlə istifadə edib, ilk dəfə Qafqaza gətirdi.
Qafqazdakı məlikliklərin ermənilərə aidiyyəti yoxdur, onlar xristian türklərdir".