Icma.az
close
up
RU
Xronika: Qafqazdakı məlikliklərin ermənilərə aidiyyəti yoxdur, onlar xristian türklərdir

Xronika: Qafqazdakı məlikliklərin ermənilərə aidiyyəti yoxdur, onlar xristian türklərdir

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənistan tarixini XVIII əsrdə mxitaristlər uydurublar" adlı veriliş efirə gedib.

Verilişdə tarix elmlər doktoru, professor Qasım Hacıyev erməni dövlətçilyi tarixinin saxta olmasından, yalnız rusların köməyi ilə erməni dövlətinin yaranmasından söz açıb.

Bildirilib ki, ermənilərin Əhəmənilər dövlətində canişinlikləri ləğv olunandan sonra heç bir ərazidə dövlətləri olmayıb.

Onun sözlərinə görə, Ermənistan tarixini XVIII əsrdə mxitaristlər uydurublar: "XIX əsrin əvvəllərində ermənilər Avropada qapı-qapı düşüb vətən yaratmaq xahişi edirdilər. Ermənilərə vətən, Rusiyaya şərq siyasəti lazım idi, ona görə haylar Qafqaza köçürüldülər. Rus imperiyası ermənilərdən bu məqsədlə istifadə edib, ilk dəfə Qafqaza gətirdi. Qafqazdakı məlikliklərin ermənilərə aidiyyəti yoxdur, onlar xristian türklərdir".

Professor deyib ki, qədim ərəb-fars mənbələrində bu ərazilər Azərbaycan, Arran adlandırılır, heç yerdə Armeniya/Ermənistan yoxdur: "Ermənilər 70 hökmdar adı qeyd edirlər, heç birinin nə izi, nə də məzarı yoxdur. Böyük Ermənistan dedikləri parfiyalı Tiqranın Əhəmənilərin tərkibində idarə etdiyi canişinlik idi. 398-ci ildə Roma ilə Bizans arasında torpaqlar bölünəndə Albaniya dövləti mövcudluğunu saxladı, erməni dövlətinin izi belə yox idi".

Q.Hacıyev sonda erməni saxtakarlığından söz açıb və vurğulayıb ki, elə bir mənbə, elə bir xəritə, elə bir qədim yazılı yoxdur ki, ona erməni əli dəyəndən sonra saxtalaşdırılmamış qalsın: "Ermənilər Qərbi Azərbaycanda ən azı 2 000 toponimi dəyişdirib, türk-xristian, müsəlman abidələrini dağıdıblar".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "Qafqazdakı məlikliklərin ermənilərə aidiyyəti yoxdur, onlar xristian türklərdir"

Xronika: "Qafqazdakı məlikliklərin ermənilərə aidiyyəti yoxdur, onlar xristian türklərdir"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Noyabr 2024 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri