Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir. Xurmanın vətəni Çindir. XIX əsrin axırlarından bu meyvə bütün dünyada tanınır.
Xurma ən xeyirli meyvələrdən biri sayılır. Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod kimi mikroelementlər, A, C,P vitamin
Bundan əlavə xurmada karbohidratlar, zülallar, qida lifləri, üzvi turşular, antioksidantlar var.
Antioksidantları xüsusən vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə orqanizmimizə düşən şlakları, toksinləri və s.
zərərli maddələri orqanizmdən çıxartmağa kömək edir. Xurma müəyyən bakterisid (bakteriyaları öldürən) xüsusiyyətlərinə malikdir.
Xurmanın tərkibində olan pektin maddəsi həzm proseslərini yaxşılaşdırır.
Məhz bu səbəbdən mədə-bağırsaq xəstəlikləri zamanı təbii "dərman" kimi istifadə oluna bilər.
Saglamolun.az bildirir ki, dəmirlə zəngin olan xurma qanazlığı zamanı kömək edir.