Icma.az
close
up
RU
Xurmanın sağlamlığa SAYSIZ FAYDALARI

Xurmanın sağlamlığa SAYSIZ FAYDALARI

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Xurmanın vətəni Çindir. XIX əsrin axırlarından bu meyvə bütün dünyada tanınır. Xurma ən xeyirli meyvələrdən biri sayılır.

Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod  kimi mikroelementlər, A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir. Bundan əlavə xurmada karbohidratlar, zülallar, qida lifləri, üzvi turşular, antioksidantlar var.

Antioksidantları xüsusən vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə orqanizmimizə düşən şlakları, toksinləri və s. zərərli maddələri orqanizmdən çıxartmağa kömək edir. Xurma müəyyən bakterisid (bakteriyaları öldürən) xüsusiyyətlərinə malikdir.

Xurmanın tərkibində olan pektin maddəsi həzm proseslərini yaxşılaşdırır. Məhz bu səbəbdən mədə-bağırsaq xəstəlikləri zamanı təbii "dərman" kimi istifadə oluna bilər.

Saglamolun.az bildirir ki, dəmirlə zəngin olan xurma qanazlığı zamanı kömək edir.

Xurma ürək əzələsini qidalandırır, böyrəklər və qalxanvari vəzinin fəaliyyəti üçün xeyirlidir, insanın zehni fəaliyyətini stimullaşdırır, iş qabiliyyətini artırır.

Xurma ağ ciyərləri və bronxları təmizləyir. Bu xüsusən siqaret çəkən insanlar üçün çox vacibdir.

Xurma sidikqovucu effektə malikdir, orqanizmdə natrium duzları çıxartmağa kömək edir, təzyiqi normallaşdırır.

Bundan əlavə bu meyvə kosmetologiyada da uğurla istifadə olunur. Xurma maskaları dərini cavanlaşdırır, daha dartılmış edir. Sizə tərkibində xurma olan bir neçə maska resepti təqdim edirik.

- Xurmanın ətini əzib üzünüzə maska şəklində vurun. Bu sadə maska dərininizi daha cavan və parlaq edəcək.

- Üz dərisində olan məsamələri kiçiltmək üçün 1 xurmanın ətini 1 yumurta sarısı ilə qarışdırıb 10-15 dəqiqə ərzində üzünüzdə saxlayın və sonra ilıq su ilə yuyun.

- Skrab resepti: 1 dənə xurma + 1 x.q. düyü unu.

- Qidalandırıcı maska: 1 dənə xurma + 1 ç.q. bal + 1 ç.q. kərə yağı + bir neçə damcı limon şirəsi.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri