Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Biz ümid edirik ki, Tramp komandası ilə dialoq bərabərlik və qarşılıqlı hörmət prinsipləri üzərində qurulacaq..." Putin Trampı vəzifəyə başlaması münasibətilə təbrik edib, "xüsusi hərbi əməliyyat"ın məqsədlərini xatırladıb Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi iclas zamanı Donald Trampı ABŞ prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
Kreml rəhbəri Moskvanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-ın yeni administrasiyası ilə dialoqa açıq olduğunu vurğulayıb.
"Biz ABŞ-ın yeni seçilmiş prezidenti və onun komandası tərəfindən Rusiya ilə birbaşa əlaqələri bərpa etmək istəyini eşidirik.
Bu əlaqələr bizim günahımızdan deyil, əvvəlki administrasiya tərəfindən kəsilib.
Onun üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək zərurəti barədə açıqlamalarını da eşidirik.
Şübhəsiz, bu yanaşmanı alqışlayırıq və ABŞ-ın yeni seçilmiş prezidentini vəzifəyə başlaması münasibətilə təbrik edirik", - Putin bildirib.