Icma.az
close
up
RU
Xüsusi hərbi əməliyyatın məqsəd və mənası Rusiya və rus xalqının maraqlarını müdafiə etməkdir Putin

Xüsusi hərbi əməliyyatın məqsəd və mənası Rusiya və rus xalqının maraqlarını müdafiə etməkdir Putin

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Biz ümid edirik ki, Tramp komandası ilə dialoq bərabərlik və qarşılıqlı hörmət prinsipləri üzərində qurulacaq..."

Putin Trampı vəzifəyə başlaması münasibətilə təbrik edib, "xüsusi hərbi əməliyyat"ın məqsədlərini xatırladıb

Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi iclas zamanı Donald Trampı ABŞ prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.

Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.

Kreml rəhbəri Moskvanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-ın yeni administrasiyası ilə dialoqa açıq olduğunu vurğulayıb.

"Biz ABŞ-ın yeni seçilmiş prezidenti və onun komandası tərəfindən Rusiya ilə birbaşa əlaqələri bərpa etmək istəyini eşidirik. Bu əlaqələr bizim günahımızdan deyil, əvvəlki administrasiya tərəfindən kəsilib. Onun üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək zərurəti barədə açıqlamalarını da eşidirik. Şübhəsiz, bu yanaşmanı alqışlayırıq və ABŞ-ın yeni seçilmiş prezidentini vəzifəyə başlaması münasibətilə təbrik edirik", - Putin bildirib.

O, qeyd edib ki, Moskva "heç vaxt dialoqdan imtina etməyib və istənilən ABŞ administrasiyası ilə əməkdaşlıq etməyə həmişə hazır olub". Putin ümid etdiyini bildirib ki, Trampın komandası ilə dialoq "bərabərlik və qarşılıqlı hörmət prinsipləri" üzərində qurulacaq. Rusiya-Ukrayna müharibəsi ilə bağlı Putin vurğulayıb ki, "böhranı yaradan əsas səbəblər aradan qaldırılmalıdır".

"Vəziyyətin nizamlanması ilə bağlı isə bir daha qeyd etmək istəyirəm: onun məqsədi qısamüddətli atəşkəs və ya qüvvələrin yenidən qruplaşması və silahlanma üçün fasilə deyil, bu münaqişənin davam etdirilməsi üçün deyil, bu bölgədə yaşayan bütün xalqların qanuni maraqlarına hörmət əsasında uzunmüddətli sülh olmalıdır", -  Putin qeyd edib.

O, Kremlin "Rusiya və rus xalqının maraqlarını müdafiə edəcəyini" vurğulayıb. "Əslində, xüsusi hərbi əməliyyatın məqsəd və mənası da məhz budur", - o, əlavə edib.

Bundan bir gün öncə Donald Tramp inauqurasiyadan əvvəlki son mitinqində Ukraynadakı müharibəni bitirəcəyini və üçüncü dünya müharibəsinin qarşısını alacağını bir daha vəd edib. CNN məlumat verib ki, Tramp öz köməkçilərinə vəzifəyə başladıqdan bir neçə gün sonra Putinlə telefon danışığı təşkil etməyi tapşırıb.

Amerikalı jurnalistlər qeyd edir ki, ABŞ və Rusiya liderləri arasında hər hansı danışıqlar prezident Co Baydenin yanaşmasından kəskin şəkildə fərqlənəcək. Bayden Putinlə təxminən üç ildir ki, danışmayıb.

"Tramp məsələlərə fərqli baxır. Onun düşüncəsinə bələd olan birinin dediyinə görə, Trampın mövqeyi belədir: Putinlə birbaşa ünsiyyət məhz müharibəyə son qoyacaq bir həll yolu tapmaq üçün lazımdır", - CNN yazır.

Hələlik Trampın Bayden administrasiyasının Kiyevə silah və kəşfiyyat məlumatlarının ötürülməsi strategiyasını davam etdirib-etdirməyəcəyi məlum deyil. Tramp həmçinin Ukraynanın bərpasını kimin maliyyələşdirəcəyini dəqiqləşdirməyib. Ancaq onun əvvəlki şərhlərinə əsasən ehtimal olunur ki, bu, ABŞ olmayacaq, CNN  qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Yanvar 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see302

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see182

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see181

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see169

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see169

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see152

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see150

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see149

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see141

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see137

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri