Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xüsusi təyinatlılar Gürcüstan parlamentinin qarşısındakı Rustaveli prospektində aksiyanın başlamasından 3 saat sonra ərazini təmizləyiblər, bu zaman etirazçılar yenidən polisə daş, butulka və pirotexniki vasitələr atıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.
Etirazlar noyabrın 28-də hakimiyyətin ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının 2028-ci ilə qədər gündəmdən çıxarıldığını elan etməsindən sonra başlayıb.
Bu qərardan narazı olanlar hər gün saat 19:00-da Gürcüstan parlamentinin qarşısına toplaşır.
Hazırkı aksiya əvvəlkilərdən fərqli olaraq dərhal etirazçılarla xüsusi təyinatlılar arasında qarşıdurmaya çevrilib.
Bir qrup etirazçı parlamentin Rustaveli prospekti ilə üzbəüz olan əsas girişində səfərbər olan təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar atmağa başlayıb və cavab olaraq onların üzərinə su tökülüb.
Saat 22:00 radələrində xüsusi təyinatlıların koloniyası su şırnağının müşayiəti ilə Rustaveli prospekti ilə Azadlıq meydanı yaxınlığındakı ərazidən hərəkətə başlayıb və etirazçılar Rustaveli ilə Çiçinadze küçələrinin kəsişməsinə doğru sıxışdırılıb.