Icma.az
close
up
RU
Xüsusi təyinatlılar Gürcüstan parlamentinin qarşısını təmizləyiblər etirazçılar saxlanılır

Xüsusi təyinatlılar Gürcüstan parlamentinin qarşısını təmizləyiblər etirazçılar saxlanılır

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xüsusi təyinatlılar Gürcüstan parlamentinin qarşısındakı Rustaveli prospektində aksiyanın başlamasından 3 saat sonra ərazini təmizləyiblər, bu zaman etirazçılar yenidən polisə daş, butulka və pirotexniki vasitələr atıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.

Etirazlar noyabrın 28-də hakimiyyətin ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının 2028-ci ilə qədər gündəmdən çıxarıldığını elan etməsindən sonra başlayıb. Bu qərardan narazı olanlar hər gün saat 19:00-da Gürcüstan parlamentinin qarşısına toplaşır. Hazırkı aksiya əvvəlkilərdən fərqli olaraq dərhal etirazçılarla xüsusi təyinatlılar arasında qarşıdurmaya çevrilib.

Bir qrup etirazçı parlamentin Rustaveli prospekti ilə üzbəüz olan əsas girişində səfərbər olan təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar atmağa başlayıb və cavab olaraq onların üzərinə su tökülüb.

Saat 22:00 radələrində xüsusi təyinatlıların koloniyası su şırnağının müşayiəti ilə Rustaveli prospekti ilə Azadlıq meydanı yaxınlığındakı ərazidən hərəkətə başlayıb və etirazçılar Rustaveli ilə Çiçinadze küçələrinin kəsişməsinə doğru sıxışdırılıb. Etirazçılar bir müddət Çiçinadze küçəsində xüsusi təyinatlıları pirotexniki vasitələrdən "atəşə tutublar", qarşı tərəf isə buna su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməklə cavab verib.

Rustaveli prospekti ilə hərəkət edən xüsusi təyinatlıların koloniyası hadisələrin episentrinə yaxınlaşanda etirazçılar əvvəlki günlərdə olduğu kimi prospektlə daha da irəliləyərək “Tbilisi Marriott” otelinin yaxınlığında dayanıblar. Artıq orada həbslər aparılıb.

Parlamentin qarşısındakı ərazilərin təmizlənməsi hərəkətinə az qalmış Daxili İşlər Nazirliyi bəyanatla çıxış edərək bildirib ki, aksiya iştirakçıları ötən günlərdə olduğu kimi, zorakılıq aksiyaları üçün istifadə oluna biləcək təhlükəli əşyalar daşıyırlar. Daxili İşlər Nazirliyi etirazçıları yenidən qanun çərçivəsində etiraz etməyə çağırıb və qanunsuz hərəkətlərə görə məsuliyyət daşımaları barədə xəbərdarlıq etsə də, bəzi etirazçılar təhlükəsizlik qüvvələrinə daş, butulka atmaqda, onlara qarşı pirotexniki vasitələrdən istifadə etməkdə davam ediblər.

Etirazın başlamasından təxminən iki saat sonra etirazçılar dağılışmağa çağırılmağa başlayıb, lakin xüsusi təyinatlılar qrupu ərazini təmizləməyə başlayana qədər parlamentin yaxınlığında vəziyyət dəyişməyib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2024 07:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri