“Ya ölmək, ya da qaçmaq...” Rusiya ordusundan qaçan əsgərin dəhşətli xatirələri: | Icma.az
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın Ukraynaya qarşı başladığı qanlı və mənasız müharibənin pərdəarxası reallıqları getdikcə üzə çıxır.
Bu müharibənin təkcə siyasi deyil, həm də humanitar fəlakət olduğunu sübut edən son etiraflardan biri 34 yaşlı Ufa sakini Anton Şirşinə məxsusdur.Ukraynada altı ay döyüş bölgəsində “evakuator” – yəni yaralı və ölü rus əsgərlərini döyüş meydanından daşıyan şəxs kimi xidmət edən, sonradan isə ordudan imtina etdiyinə görə işgəncələrə məruz qalan Şirşin hazırda Almaniyada siyasi sığınacaq axtarır.Anton Şirşin döyüşə könüllü getməyib.
O, yol-nəqliyyat hadisəsindən sonra polisin təzyiqi ilə “xüsusi hərbi əməliyyat”a cəlb olunub.
Heç vaxt hərbi xidmət keçməyən, psixiatrik qeydiyyatda olan və “xidmətdə yararsız” kimi qeyd edilən Şirşinə sadəcə belə deyilib: “Yeriyirsən?
Deməli, yararlısan!”“Evakuator” kimi xidmət etdiyi günləri “cəza koloniyası” adlandıran Şirşin bildirir ki, gecələr cəbhəyə gedib, 5-6 km məsafədən yaralı və meyitləri daşımaq onların əsas vəzifəsi olub.
Bəzən bu marşrut gündə iki dəfə təkrarlanıb – ümumilikdə 20-24 km yol.
Daşınan yaralılar (“trixsotı”) tez-tez yolda ölür, “dvoxsotı”ya – yəni meyitə çevrilirdi.“Ən dəhşətlisi dron və minaatan hücumları zamanı yaralıları xərəyin üstündən yerə atmağımız idi.
Tam oxu
Xəbəri oxu